Vaqifqızı S.

 

Müharibədən çəkmiş fotoqraf-döyüşçü

 

Savaşın dəhşətlərini fotolentə alan Əlövsət Qasımov şəhidlərin son məktublarını hələ də özündə saxlayır

 

Çoxları ona "general Əli bəy" deyir. Ancaq Əlövsət Qasımov nəinki general, heç polkovnik deyil. Mayor rütbəsi daşımır, Qarabağ müharibəsində sıravi əsgər olub.

Əlövsət bütün həmyerliləri kimi 1988-ci Vedibasardan köçüb, Tərtərin Bəyimsarov kəndində məskunlaşıb. Onun səngər həyatı da elə o vaxtlardan başlayıb. Qərbi Azərbaycandan gələn qaçqınlar "Didərginlər batalyonu" yaradıblar. Əlövsət Qasımov da bu batalyonun tərkibində döyüşlərə atılıb.

Çəkdim ki, izim qala

Əlövsətin digər döyüşçü dostlarından biri onda olub ki, o, üstündə həmişə iki silah gəzdirib: "Kalaşnikov" avtomatı fotoaparat. Onun sözlərinə görə, bunun özəl bir səbəbi var: "Ermənilər bizi qovanda rəhmətlik Fərman Kərimzadə ora gəlmişdi. Onun əlində dəftər-qələm görüb soruşdum ki, onları neyləyir? O, dedi ki, ay bala, bunlar tarixdir, yazıb saxlamaq lazımdır. Onun sözləri mənim ağlıma batdı. Mən foto çəkməyə laşladım. Fotoları çəkdim ki, bu şəhidlərin tarixdə izi qalsın. O zaman 26 yaşım vardı. Mən həm döyüşürdüm, ham çəkirdim".

Əlövsət Qasımov döyüşlərdə şəhid olmuş 950 əsgərin meyitini xilas edib, onun 938-ni öz valideynlərinə qaytarıb. 12 şəhidi isə o, naməlum əsgər kimi dəfn edib. O, ermənilərə məxsus 1017 avtomatı sənədləşdirərək müvafiq orqanlara təhvil verib.

Yada düşər acı xatirələr...

Əlövsət döyüş yolunu belə xatırlayır: "Goranboy, Ağdərə Ağdamda dəstə-dəstə vuruşurduq. Arada on nəfər Milli Qəhrəman Əlyar Əliyevin yanına köməyə getdik. Şuşada da vuruşmalı olduq.

1993-cü ilin avqust ayında Əlövsət ayağından yaralandığı üçün ordudan tərxis olunub, amma qardaşları Ziyafət, Nüsrət Füzuli döyüşməkdə davam ediblər. Onların kəndi 17 şəhid verib.

Əlövsət ermənilərin əsgərləri zəncirlə topa bağladıqlarını öz gözü ilə görüb: "Bunu ona görə eləmişdilər ki, əsgərlər qorxub qaçmasınlar, ya öldürsünlər, ya da ölsünlər. Ona görə onlar sona qədər vuruşurdular. Bizim millət qorxaq deyil, sadəcə səhlənkarıq. Əgər indiki hərbi hazırlığımız o vaxt olsaydı, o qədər itki verməzdik. Biz o vaxt nıüharibənin olduğunu dərk etmirdik, könüllülərin doğru-dürüst hərbi taktikası yox idi. Tankın qabağına avtomatla çıxmağın faydası ola bilərdi?"

Gördüyü, lentə aldığı dəhşətlər Əlövsəti o qədər sarsıdıb ki, bir ara terrorçu-kamikadze olmaq, erməniləri , özünü da partlatmaq istəyirmiş. Amma sonra əsəbləri sakitləşib, özünə golib bu fikirdən daşınıb.

Qondarma fotolar, dilsiz təbliğat

Əlövsətin sözlərinə görə, ermənilər hər şeyi sənədləşdirməyə, təbliğat baxımından təsirli fotolar çəkməyə daha əvvəl başlayıblar: "Sumqayıt hadisələri zamanı ermənilər aeroportda fotolar sərgiləyirdilər ki, görün, azərbaycanlılar necə vəhşidir, millətimizi bu hala salıb. Halbuki həmin fotolar qondarma idi. Onlar təbliğatda çox ustadırlar, hər vasitəyə əl atırlar. 9 il əvvəl Almaniyaya gedən bir yazıçımız yolda bir erməninin əlində belə bir elan görür: "Mən Dağlıq Qarabağdanam. Türklər (azərilər) mənim ata-anamı gözümün qabağında öldürüblər mənim dilimi kəsiblər. Xahiş edirəm, bu millətə olan münasibətinizi bildirin".

"Yazdığın son məktub şu an əlimdə"

Əlövsəti müharibədə sarsıdan əsas şey cavan-cavan əsgərlərin üstündən tapılan məktublar olurmuş: "Biri anasına, biri sevgilisinə, nişanlısına yazmışdı o məktubla. Onların çoxunu sahiblərinə qaytara bilsəm , bəzilərini hələ özümdə saxlayıram. Çox təsirli məktublardır".

Məktublardan başqa, Əlövsətdə olduqca tükürpədici şəkillər var. Bu şəkillər müharibənin faciəsini, dəhşətini, vəhşiliyi bütün detalları ilə əks etdirir. Hətta onlara axıracan baxmaq mümkün deyil, adam albomu mütləq yarımçıq qapayır. Əlövsət istəyir ki, bu dəhşət saçan fotoşəkillərdən ibarət sərgi təşkil eləsin gənc nəsil ermənilərin xalqımızın başına hansı müsibətləri gətirdiyini əyani şəkildə görsün.

Onun arzula

Əlövsət Qasımov Qarabağın yalnız müharibə yolu ilə qaytarılacağına inanır vo öz övladlarını buna hazırlayır: "İki oğlum var, onları vətənpərvər ruhda tərbiyə edirəm. Hətta böyük oğlum Elmin kəşfiyyatda qulluq edib qayıtdı. O zaman bir çox (hərbçi dostlarım deyirdi ki, kəşfiyyat təhlükəlidir. Amma mənim arzum bu idi".

Döyüşçü-fotoqraf Qarabağ dəhşətləri barədə yeddi kitab çap etdirib. Hazırda öz xərcilə olsa da, səyyar sərgi keçirməyi düşünür.

 

Gün.- 2008.- 4 mart.- S. 12.