“Cavid ömrü”: ilk baxış,
ilk təəssürat
Bu yaxınlarda televiziya
ilə yenicə istehsal olunmuş "Cavid ömrü"
filminə baxdım. Böyük mütəfəkkir Hüseyn
Cavid haqqında bilgilərim zənginləşdi,
xalqımızın bu istedadlı ziyalısının
ömür yoluna yenidən nəzər saldım. Açığını
deyim ki, Cavidin həyat yolu və yaradıcılığı
haqqında oxuduğum əsərlər arasında Rəfael
Hüseynovun "Vaxtdan uca" əsəri məni daha
çox tutmuşdu və nədənsə hələ o
kitabı oxuyarkən onun ssenari kimi işlənməsi ürəyimdən
keçmişdi. Amma Cavid haqqında kinossenarini görkəmli
yazıçımız Anar yazdı. Anar kinematoqraf
sahəsində öz qələmini dəfələrlə
sınayıb, neçə-neçə ssenari yazıb,
filmlər çəkib. Ulu öndərin sərəncamı
ilə çəkilən bu filmin də ssenarisinin
müəllifi odur və film uzun intizardan sonra rejissor Ramiz
Həsənoğlunun quruluşunda ekran həyatı tapdı.
Söz yox ki,
böyük istedad sahibi Hüseyn Cavidin həyat yolu,
yaradıcılığı kinematoqraf üçün kifayət
qədər dramaturji material verir və müəlliflər
əsas diqqəti "sənətkar və zaman"
motivləri üzərində qurmuşlar. Aydındır ki,
müəlliflər kinodram janrının əsas xüsusiyyətləri
və qanunları çərçivəsində Hüseyn
Cavidin şəxsi həyatını ictimai mühitin fonunda
qurmuş, insan taleyinin faciəsini də buraya
məharətlə əlavə edə bilmişlər.
"Hər kəs
zəmanəsinin övladıdır" deyimi əslində
ona görə doğrudur ki, insan doğulub
yaşadığı mühitin, ətraf aləmin bir
nümayəndəsi kimi heç vaxt özünü bu
mühitdən kənarda hiss edə bilməz. Əks halda
zəmanənin qorxunc cəzalarına məhz qalır və
özünü məhvə yuvarlayır. Cavid
zəmanəsinin fövqündə dayanan bir sənətkar,
şair, dramaturq idi. Müəlliflər də məhz bu
ucalığı, bu yüksək mənəvi yaşantıları
ekrana gətirməklə mənəvi dəyərlər barədə
bizi düşünməyə sövq edirlər.
"Cavid
ömrü" klassik ənənələrə söykənən
filmdir. Orada yalnız bir şairin taleyi deyil, bir xalqın
mənəvi dünyasını yaşatmaq səyi var. Və
mənə belə gəlir ki, film bizim haqqımızdadır.
Bizim xalqın mənəviyyatına zaman-zaman olunan
təcavüz haqqındadır.
Cavidin
yaşadığı dövrün ağrıları
haqqında çox kitablar yazılıb, fılmlər
çəkilib. Heç kəsə sirr deyil ki, Stalin rejiminin
yaratdığı qanlı ideologiya
neçə-neçə istedadları aparıb. Bu gün izsiz-soraqsız
itən həmin insanların taleyi əslində dərs
olmalıdır. Xalq öz mənəviyyatını
qorumağı bacarmalı, onu gələcək
nəsillərə çatdırmalıdır.
Qəribədir, bir
dövlət başçısının əmri ilə
əsərlərinə qadağa qoyulub Sibirə sürgün
olunan Cavid, digər dövlət xadiminin səyi ilə
ölümündən sonra cəsədi Vətənə
qaytarılıb. Ona heykəl qoyalub, ev muzeyi yaradılıb,
adına küçələr, parklar, xiyabanlar
salınıb. Xalqın oğlunu Vətənə qaytaran
dövlət başçısını xalq necə
sevməyə bılər? Mən müəlliflərin
filmə qoşduğu həmin tarixi sənədli
epizodları yerində və əhəmiyyətli hesab
edirəm. Və elə filmin də finalında ümummilli
liderin Naxcıvanda Cavidin məqbərəsinin
açılışındakı iştirakını əks
etdirən kadrlar yüksək təsirli epizodlardır.
"Cavid ömrü" fılmi həm də bir ailənin faciəsi haqqında filmdir. Bu film Cavidlə yanaşı Müşkünaz xanımın, Ərtoğrulun, Turanın faciəsi idi. Bu həm də ümumiləşdirilmiş bir ailənin faciəsidir. O dövrün repressiya qurbanlarının hər birinin ailəsi bu ağrıları yaşamamışmı?
Mən baş rolun ifaçısı Rasim Balayey haqqında, onun sənətkarlığı barədə danışmaq istəmirəm. Amma bu filmdəki işi barədə bəzi fikirlərimi oxucularla bölüşmək istərdim. Əvvəla onu deyim ki, Rasim elə bil Cavidi tam qrimsiz ifa edir. Gözündəki eynək istisna olmaqla, heç bir əlavə qrim elementi görünmür. Bunu başqa aktyorlar üçün də demək olar. Cavid uzaq dövrün adamı deyil. Onun şəxsi fotoları da qalmaqdadır. Bəs elə isə nəyə görə filmin qrim ustası bu vəziyyəti nəzərdən qaçırmışdır. Buna baxmayaraq, Rasim obrazı hiss edib duyaraq oynayır və elə bilirərn, onun rolları arasında Cavid Əfəndinin özünəməxsus yeri var. Yəqin ki, kinotənqidçilər də buna öz münasibətlərini bildirəcəklər. Rasim Cavidi qəlbən yaradıb. Hiss olunur ki, o çox ciddi sarsıntılar içərisindədir. Xüsusilə həbsxanada Müşkünaz xanım və uşaqları ilə görüşündə bu daha aydın hiss olunur. Onun ifasında Cavidin əsil sənətkar, ailəsini, uşaqlarını ürəkdən sevən bir insan olduğıı açıq-açıqdan görünür.
Rasim Balayevin Cavidi dövrünün ağrılarını duyan, xalqının dərdini yaşayan bir sənətkardır. O, ailəsinə ürəkdən bağlıdır. Ümumiyyətlə, Cavid Rasim Balayevin yaratdığı ikinci şair ömrüdür. Lakin Cavidi Nəsimi ilə müqayisə etmək olmaz.
Filmdə Mircəfər Bağırovun rolunu ifa edən Ramiz Novruzovun da ifasını qənaətbəxş hesab etmək olar. Lakin burada da qrimlə bağlı çatışmazlıqlar aydın hiss olunur. Bu xalqın yaddaşında Mircəfər Bağırovun çox aydın obrazı yaşayır. Onu məhz elə xalqın yaddaşında olduğu kimi vermək daha məqsədəuyğun olardı.
Filmdə Müşkünaz xanım rolunda çəkilmiş Dilarə Əliyeva kinoda ilk addımlarını atır. Buna baxmayaraq hiss olunur ki, aktrisa obrazı duyub.
Digər aktyorların işi barədə də müsbət fikirlər söyləmək olar. Amma bizə belə gəlir ki, rejissor bəzən aktyor seçimində daha ciddi götür-qoy etməli idi. Aktyor Məmmədsəfanın rolu isə filmin uğurlu tapıntılarındandır. Onun "iblis" siması tamaşaçıda sözün əsl mənasında hiddət, nifrət yaradır.
Ümumiyyətlə, filmdə təsirli kadrlar çoxdur. Xüsusilə, Cavidin həbsxana həyatı ilə bağlı epizodlara həyəcansız baxmaq olmur. Əlbəttə ki, film qüsurlardan da xali deyil. Həm rejissor işində, həm aktyor oyunlarında, həm də yuxarıda qeyd etdiyimi kimi, qrim işində irad tutulası elementlər var.
Azərbaycan
xalqı başı min bir müsibətlər
çəkmiş Cavid haqqında onun özünə layiq
film gözləyirdi. Bu film isə Cavidin ömür yoluna
sadəcə bir nəzərdir. Onu kino sənətimizin
böyük nailiyyəti kimi qiymətləndirmək olmaz. Sadəcə,
fılm çəkilməli idi və çəkildi. Bunlar,
əlbəttə ki, bizim subyektiv fıkirlərimizdir.
Xalq qəzeti.- 2008.- 14 mart.- S. 6.