Sənətkarın ömür yolundan bəhs edən yeni nəşr

 

"Çaşıoğlu" nəşriyyatında Milli Konservatoriyanın xalq çalğı alətləri kafedrasının müdiri, konservatoriyanın nəzdindəki Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımovun görkəmli bəstəkar, xalq artisti, dövlət mükafatı laureatı, Azərbaycan xalq çalğı alətləri orkestrinin baş dirijoru və bədii rəhbəri olmuş professor Səid Rüstəmovun 100 illik yubileyinə həsr etdiyi "Səid Rüstəmov" adlı kitabı çapdan çıxmışdır.

Kitab oxucular tərəfindən maraqla qarşılanmışdır. Əsasən, ali orta ixtisas musiqi məktəblərinin müəllimləri tələbələri üçün nəzərdə tutulmuş kitabda görkəmli sənətkarın pedaqoji fəaliyyəti əks etdirilmişdir.

Kitabda Səid Rüstəmovun Azərbaycan xalq çalğı alətləri orkestrinin inkişafındakı rolu, musiqili komediyalara teatr tamaşalarına yazdığı musiqi əsərləri haqqında geniş məlumat verilir. Eyni zamanda, kitabda bəstəkarın "Tar məktəbi" kitabının, dərs tədris vəsaitlərinin, habelə, nota köçürdüyü xalq musiqisi nümunələrinin əhəmiyyəti tədris prosesində müsbət səmərəsindən bəhs edilir.

Kitabın sənətkarın ömür yolu haqqında məlumat hissəsində Səid Rüstəmovun hələ gənc yaşlarından ömrünü pedaqoji fəaliyyətə həsr etməsi, bu vəzifənin öhdəsindən böyük məsuliyyət hissi ilə layiqincə gəlməsindən, həyatını Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr etməsindən danışılır.

Dərs vəsaiti kimi böyük əhəmiyyətə malik olan kitabın elmi redaktoru pedaqoji elmlər doktoru, əməkdar müəllim, professor Vidadi Xəlilovdur.

 

Səs.- 2008.- 14 mart.- S. 12.