İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi


Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident Azərbaycan qadınlarına cansağlığı, səadət işlərində uğurlar arzulayıb: "Xalqımıza məxsus zəngin milli-mədəni dəyərlərin əsrlər boyu qorunub saxlanmasında yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri var.

   Onun vətənpərvərliyi, nəcibliyi müdrikliyi tariximizin hər bir dövründə özünü büruzə verib. İnsanların daim əmin-amanlıq içərisində yaşaması kimi xoş məram sülhpərvər analarımızın simasında bu gün parlaq müdafiəçisini tapır. Azərbaycan qadını üzərinə düşən sosial yükün ağırlığına baxmayaraq, daim cəmiyyətimizin mənəvi dayağı olmuş, mürəkkəb ictimai-siyasi dəyişikliklərin yaşandığı vaxtlarda əsl dəyanət əzmkarlıq nümayiş etdirib".

   Prezident qadınların ölkənin ictimai-siyasi həyatında yüksək mövqe tutmasını təqdirəlayiq hal adlandırıb: "Hüquq azadlıqları tam təmin edilmiş Azərbaycan qadınının bugünkü yüksək ictimai mövqeyi təqdirəlayiqdir. Uzun illərdən bəri respublikamızın iqtisadi, siyasi-ictimai mədəni həyatının fəal iştirakçısı kimi onun milli dövlət quruculuğu işinə, ölkənin dünyada analoqu olmayan sürətlə dinamik inkişafına verdiyi töhfələr müstəsna əhəmiyyət kəsb edir. Elm, təhsil, səhiyyə, mədəniyyət digər sahələrdə yaxından iştirakı Azərbaycan qadınının böyük potensiala malik olduğunu göstərir, onun nüfuzunu daha da artırır. Ölkəmizdə bərqərar olmuş demokratik mühit qadınlarımıza öz istedad bacarıqlarını gələcəkdə tam gerçəkləşdirə bilmələri üçün lazımi əlverişli şərait yaradır. Əmin olduğumu bildirirəm ki, hər bir Azərbaycan övladının kiçik yaşlardan xalqımıza onun mədəniyyətinə, milli-mənəvi sərvətlərə, adət-ənənələrimizə sonsuz sədaqət, dərin hörmət ruhunda tərbiyə olunması kimi şərəfli məsuliyyətli işin həyata keçirilməsi üçün qadınlarımız bundan sonra da var qüvvələrini əsirgəməyəcəklər".

 

Ədalət.- 2008.- 8 mart.- S. 2.