Görkəmli xanəndə Arif Babayevin

                           70 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir

 

Tanrı insanlara ilahi səslər bəxş edir. O ilahi səslərdən biri Arif Babayevə məxsusdur. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin bahar bayramı şənliyində ədəbiyyat incəsənət xadimləri ilə söhbəti zamanı dediyi "Arif bizim böyük müğənnimizdir. O, böyük xanəndə Xan Şuşinskinin davamçısıdır" kəlamı ilə Arif  Babayevin sənətinə yüksək qiymət vermiş oldu. Görkəmli muğam ustasının səhnədəki fəaliyyəti ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.

AzərTAc xəbər verir ki, martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, görkəmli muğam ustası, professor Arif Babayevin 70 illik yubileyi qeyd olunmuşdur.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev görkəmli muğam ifaçısı Arif Babayevin ömür yolundan, yaradıcılığından danışmış, onun muğam sənətinin inkişafındakı xidmətlərindən bəhs etmişdir. Görkəmli sənətkarı Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin ali mükafatı olan "İstiqlal" ordeninə layiq görülməsi münasibətilə təbrik etmiş, ona yaradıcılıq uğurları və cansağlığı arzulamışdır.

Bildirmişdir ki, gənc yaşlarından fitri istedadı ilə diqqəti cəlb edən Arif Babayev qısa müddətdə xalq arasında böyük rəğbət qazanmışdır. 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan gənc müğənni 1966-cı ildə xalq artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlamışdır. 2006-cı ilədək bu teatrda çalışan Arif Babayev müxtəlif illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Məcnun, Kərəm, "Aşıq Qərib"də Qərib, "Şah İsmayıl"da Şah İsmayıl, "Gəlin qayası"nda Camal rollarının ən mahir ifaçılarından olmuşdur. Onun iştirakı ilə "Leyli və Məcnun", "Əsli və Kərəm" və s. opera tamaşaları bu gün də musiqimizin qızıl fondunda saxlanılır. Qeyd edilmişdir ki, Arif Babayev mahir muğam ifaçısı kimi təkcə Vətəni Azərbaycanda deyil, bütün Şərqdə türk dünyasında şöhrət qazanmışdır. Onun ifa etdiyi "Şur", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mirzə Hüseyn segahı", "Zabul segah", "Segah" muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları artıq musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuşdur.

Natiqlər Arif Babayevin pedaqoji fəaliyyətindən bəhs etmişlər. Vurğulanmışdır ki, xanəndə Azərbaycan Dövlət Konservatoriyasının muğam sinfinin ilk müəllimlərindən biri olmuşdur. Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəsinə layiq görülən müğənni məhz Arif  Babayev olmuşdur. Hazırda A.Babayev Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Onun yetirmələrinin əksəriyyəti respublikamızın tanınmış, adlı-sanlı xanəndələridir.

Yubiley tədbirində xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Könül Xasıyeva, Gülüstan Əliyeva, Fehruz Səxavət, Cabir Abdullayev, Opera Balet Teatrının solisti Səbuhi İbayev başqaları muğam xalq mahnıları ifa etmişlər.

Bildirilmişdir "ki, yüksək səhnə mədəniyyətinə malik Arif Babayev dünyanın 60-dan çox ölkəsində qastrol səfərində olmuş, muğamlarımızın, milli musiqimizin təbliğində, sevilməsində çox böyük xidmətlər göstərmişdir.

Yubiley gecəsində Arif Babayevin 2005-ci 2007-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə keçirilən, bütün dünya azərbaycanlılarının sevə-sevə izlədikləri muğam müsabiqələrində daimi və ədalətli bir münsif kimi böyük hörmət qazanmasından söz açılmışdır.

Qeyd olunmuşdur ki, sənətkarın Opera və Balet Teatrının solisti və muğam ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə əməkdar, 1989-cu ildə xalq artisti fəxri adlarına layiq görülmüş, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 15 fevral tarixli Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Vurğulanmışdır ki, çağdaş mədəniyyətimizin görkəmli nümayəndəsi, milli musiqimizin, xalq mahnı və muğamlarımızın mahir ifaçısı, ustad sənətkar, professor Arif  Babayev ecazkar səsi, pedaqoji təcrübəsi ilə milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində önəmli fəaliyyətini bu gün də davam etdirir.

Heydər Əliyev Fondunun təqdimatı ilə xanəndənin xalq mahnıları, təsnif və muğamlardan ibarət 4 ədəd kompakt diski buraxılmış, muğam ustasının 70 illik yubileyi ilə əlaqədar yazıçı-jurnalist Mustafa Çəmənlinin "Arif Babayev-70" kitabı Azərbaycan və ingilis dillərində nəşr edilmişdir.

Yubiley gecəsində xalq artistləri Zeynəb Xanlarova, Habil Əliyev, Ağaxan Abdullayev, Canəli Əkbərov, akademik Vasim Məmmədəliyev və başqa görkəmli ziyalılar muğam ustası barədə ürək sözlərini bildirmişlər.

Tədbirin sonunda "İstiqlal" və "Şöhrət" ordenli sənətkar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür etmişdir. A.Babayev həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Yubiley mərasimi böyük sənətkarın yetirmələri ilə birgə məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi" ilə başa çatmışdır.

 

Azərbaycan.- 2008.- 13 mart.- S. 7.