Qaliboğlu E.
"Arif Babayev
səhnəyə Məcnun kimi gəlib"
Opera və Balet Teatrında
Arif Babayevin 70 yaşı qeyd edildi
Srağagün Opera və Balet
Teatrında xalq artisti, professor Arif Babayevin 70 illiyinə
həsr olunmuş tədbir keçirildi. Əvvəlcə
sənətkarın həyat
və yaradıcılıq
yolunu əks etdirən süjet nümayiş olundu. Mədəniyyət və Turizm
naziri Əbülfəs
Qarayev çıxışında
Arif Babayevin Azərbaycan muğam sənətinin inkişafındakı
özünəməxsus xidmətlərindən
danışdı, onun
hələ bundan sonra da musiqi
mədəniyyətimizə yeni-yeni töhvələr
verəcəyinə əminliyini
bildirdi: "Təbiət
Arif Babayevdən heç nə əsirgəməyib. Bu gün əslində Azərbaycan muğam sənətinin böyük
bayramıdır. Arif Babayev 50 ildir ki, Azərbaycan muğam sənətinin ifaçısı kimi son dərəcə əhəmiyyətli bir işlə məşğuldur.
Arif Babayevin xoşbəxtliyi ondadır
ki, 20 yaşlarında
olduğu kimi indi də muğam
sənətinin pərəstişkarlarını
bənzərsiz səsiylə
heyran etməkdədir.
Hər sənətkara
bu, müyəssər
olmur. Bu günlərdə Arif Babayev
Azərbaycan dövlətinin
ali mükafatına -
"İstiqlal" ordeninə
layiq görülüb.
Azərbaycan incəsənət
xadimləri, mədəniyyət
işçiləri adından
sənətkarı təbrik
edir, ona yeni-yeni müvəffəqiyyətlər
arzulayıram. Bu gün Azərbaycanda muğam sənəti özünün yeni bir inkişaf məhələsini yaşayır.
Arif Babayev muğam sənəti sahəsində ilk dəfə professor olmuş pedaqoqdur. O, xoşbəxtdir ki, özünün bu sənətdə ardıcıllarını
yetirib".
Tədbirin aparıcısı
yazıçı-publisist
Mustafa Çəmənli
Arif Babayevin sənətkar kimi bənzərsizliyindən danışdı:
"Arif Babayev Azərbaycan muğam sənətinin görkəmli
nümayəndələrindən biridir. Sənətdə onillərlə qərar tutub qalmaq hər
sənətkara nəsib
olmur. O qədər bir mahnısıyla könülləri ovsunlayıb
sonradan unudulanlar olub ki...
Arif müəllim bu sənətin hər cəfasına dözüb, çətin
günlərində sənətindən
güc alıb, muğam da ona
daim yeni güc verib.
Arif Babayev gəncliyində olduğu
kimi indi də xalq tərəfindən
sevilir. Xalqın ürəyinə yol tapmaq asan məsələ
deyil, Azərbaycan musiqili teatrının tarixində çoxlu Məcnunlar olub, bunların hər biri xalq təəfindən
yüksək dəyərləndirilib.
Mübaliğəsiz demək
olar ki, Arif Babayevin Məcnunu heç kəsinkinə bənzəməyib.
Onun Məcnunu daha yaddaqalandır. Arif Babayev Məcnun
rolunu o qədər məharətlə
canlandırıb ki, vaxtilə Üzeyir Hacıbəyli haqqında
"Uzun ömrün akkordları" filmi çəkilərkən Arif
Babayevin" Leyli və Məcnun" operasındakı çıxışından
fraqment də ora daxil edilib.
Arif müəllim bu səhnədə ömür qoyub, neçə-neçə
gəncə muğam sənətinin əsrarəngiz
sirlərini öyrədib.
Ay dolanır, il ötür, zaman gəlir ki, sənətkar səhnəni təbii şəkildə tərk edir. Heyləməli, bu, təbiətin qanunudur. Arif müəllim səhnəmizə
Məcnun kimi gəlib, Məcnun kimi də səhnəni
tərk edir. Arif Babayev xoşbəxt
sənətkardır, ona
görə ki, sənətini yaşadan neçə-neçə
ardıcılını yetişdirib.
28 ildir ki, pedaqoji fəaliyyətlə
məşğuldur. O, pedaqoji
fəaliyyətə Bülbül
adına Musiqi Məktəbində başlayıb.
Sonrakı illərdə
Arif Babayev fəaliyyətini indiki Bakı Musiqi Akademiyasında davam etdirib".
Tədbirdə çıxış edən xalq artisti Habil Əliyev Arif Babyevin sənətini yüksək dəyərləndirdi: "Arif Babayev xalqımız tərəfindən sevilən sənətkarlardandır. O, hələ gənc yaşlarından istedadlı bir xanəndə kimi püxtələşdi, bu gün də sənətini davam etdirir. Onunla birgə çoxlu el şənliklərində olmuşam. Həmişə belədə özümü çox arxayın hesab edirdim, əmin idim ki, camaat bizdən razı qalacaq. Mən çoxlu sənətkarlarla işləmişəm, onları müşaiyət etmişəm. Arif həmişə zəngulələri, muğama dərin bələdliyi ilə məni heyran edib. Arifin ürəyində bu gün də böyük arzuları var. Arzu edirəm ki, o, bütün istəklərinə çatsın. Təbiət ona gözəl səs bəxş edib".
Xalq artisti Afaq Bəşirqızı: "Arif Babayev Azərbaycan muğam sənətinin xəzinədarıdır. Mən onu xoşbəxt sənətkar sayıram.
O, bu gün əməyinin bəhrəsini görür. Gün o gün olsun ki, Arif müəlim Qarabağda "Qarabağ şikəstəsi"ni oxusun".
Xalq artisti Ağaxan Abdullayev: "Arif Babayev xalqımızın böyük sənətkarıdır. Onun böyük ürəyi var, dostluğa sədaqətlidir. Onunla dostluq etdiyimə görə çox xoşbəxtəm.
Qarabağın azad olunması Arif müəllimin ən böyük arzusudur".
Konsert boyunca Səkinə İsmayılova,
Mənsum İbrahimov,
Gülüstan Əliyeva,
Feyruz Səxavət, Səbuhi İbayev və başqaları maraqlı konsert proqramı ilə çıxış etdilər.
Xalq cəbhəsi.- 2008.- 14 mart.- S. 14.