İSESKO-nun qərargahında mədəniyyəti günləri kecir

 

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən bildirmişlər ki, martın 3-4-də qərargahı bu ölkənin paytaxtı Rabatda yerləşən İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatında (İSESKO) Azərbaycan mədəniyyəti ğünləri keçirilmişdir.

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlərdə iştirak etmişdir. Martın 3-də Əbülfəs Qarayev İSESKO-nun qərargahında təşkilatın baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ilə görüşmüşdür. Görüşdə İSESKO ilə, Heydər Əliyev Fondu arasında məhsuldar əməkdaşlığın bərqərar olduğu, əlaqələrin bundan sonra da müxtəlif layihələr çərçivəsində davam etdiriləcəyi vurğulanmış, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan müxtəlif tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Mədəniyyət günlərinin açılış mərasimində Əbdüləziz bin Osman Əl-Tüveycri, Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiya Jibran və Əbülfəs Qarayev çıxış etmişlər. Sonra tədbir Azərbaycana məxsus qədim əl işləri, tətbiqi sənət nümunələrinin sərgisi ilə davam etdirilmişdir.

İSESKO-da Azərbaycan mədəniyyəti günləri çərçivəsində martın 4- Rabat şəhərinin ən iri konsert sərgi salonunda tanınmış fotoqraf Fərid Xayrulinin "Bakı - dünən bu gün" adlı sərgisi təşkil edilmişdir. Mədəniyyət günləri Azərbaycan incəsənət ustalarının maraq konsert proqramı ilə başa çatmışdır.

Əbülfəs Qarayev Krallığın mədəniyyət naziri xanım T.Jibran, Turizm Tətbiqi Sənət Nazirliyinin baş katibi xanım Hind Şillişlə görüşmüşdür. Görüşlərdə ölkələrimiz arasında mədəniyyət turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşıqlı təcrübə mübadilələrinin təşkili, 2009-cu ildə Azərbaycanda Mərakeş mədəniyyəti günlərinin, 2010-cu ildə isə Mərakeşdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə bağ məsələlər müzakirə edilmişdir.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında turizm mədəniyyət sahələrində əməkdaşlıq haqqında 2 saziş imzalanmışdır.

Görüşlərdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov iştirak etmişdir.

 

Xalq qəzeti.- 2008.- 6 mart.- S. 3.