Emin Sabitoğlunun xatirə gecəsi keçirildi
Dünən
"İbrus" Teatrında
xalq artisti, dövlət mükafatı
laureatı, professor Emin Sabitoğlunun yaradıcılığına həsr
olunmuş xatirə gecəsi keçirildi. Tədbirdə bəstəkar
filmlərdə anıldı.
Qeyd edək ki, tədbirin təşkilatçısı Dövlət
Film Fondu idi. Gecə Film Fondunun direktoru Cəmil Qulyev açaraq Emin Sabitoğlunun həyat və yaradacılığından danışdı.
O, bildirdi ki, Emin Sabitoğlu öz kino fəaliyyəti
ilə Azərbaycan kinematoqrafiyasına uğur
qazandıran, milli kinomuzun inkişafında əhəmiyyətli xidmətləri
olan tanınmış
bəstəkarlarımızdandır.
Sonra bəstəkarın
yaradıcılığı ilə bağlı daha geniş və izahlı danışmaq üçün
sözü Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşı
Lalə Hüseynovaya verdi: "Emin Sabitoğlunun yaradıcılığından
söhbət açarkən
onun filmlərə yazdığı kino musiqisini xüsusilə qeyd etmək lazımdır. Emin Sabitoğlu kino musiqisinə hələ tələbəlik illərindən
maraq göstərirdi.
O, sonralar 20-dən artıq bədii, 14 sənədli, 4 qısametrajlı
filmə musiqi yazmışdır.
Bədii filmlərə gəlincə, Emin Sabitoğlunun ilk işi 1964-cü ildə yaradılmış "Kimi daha çox sevirik" kinoalmanaxındakı "Dağ meşəsindən keçərkən" novellası idi. Bunun ardınca bir çox filmlərə musiqilər bəstələyib. Sonra həmin filmlərdən bəzilərindən fraqmentlər nümayiş etdirildi.
Tədbir boyunca onun musiqi
bəstələdiyi filmlərdən
maraqlı süjetlər
nümayiş olundu. Tədbirin sonunda kinorejissor Əbdül Mahmudovun 1974-cü ildə
ekranlaşdırdığı "Qeyri-adi ov" qısametrajlı bədii
filmi nümayiş etdirildi. 2007-ci ildə Rusiya Dövlət Film Fondunda bərpa
edilərək Azərbaycana
gətirilən bu filmin bəstəkarı yenə Emin Sabitoğlu idi.
Üç nöqtə.- 2008.- 12 mart.- S.
13.