Əfəndiyev T.
Ahəngin azadlığı
Qara Qarayevin musiqisi, onun
Azərbaycan incəsənətindəki mövqeyi
barədə düşünərkən, Lev Tolstoyun Nikolay
Rerixin yaradıcılığı haqqında söylədiyi
fikir yada düşür. "Gur çayda üzən qayıqçı təhlükəsizlik
məqsədilə ona
lazım olan yerdən daha yüksək nöqtəyə
üz tutmalıdır.
Mənəviyyat aləmində
də belədir: həyatda məğlub olmamaq
üçün daha yüksək məqsədlərə can
atmaq lazımdır".
Bu gün, Qara Qarayevin 90 illik yubileyi ərəfəsində bir daha onun keçdiyi yaradıcılıq yoluna nəzər salıb qətiyyətlə deyə bilərik ki, o, çox vaxt həyatın axarına zidd gedərək, zamanı qabaqlayaraq, Azərbaycan musiqisinin inkişafını təmin edən yeni yollar aramışdır.
Çağdaş dünyamızda baş verən universallaşma, qloballaşma prosesləri prizmasından baxdıqda Q.Qarayevia Azərbaycan musiqi sənətinin inkişafında yerinə yetirdiyi tarixi missiya daha qabarıq şəkildə sezilir. XX əsrin başlanğıcında Azərbaycan musiqisinin klassiki Ü.Hacıbəyov müsəlman Şərqində ilk operanı yaradaraq milli musiqi qanunauyğunluqlarını Avropa bəstəkarlıq məktəbinin nailiyyətləri ilə uzlaşdırmışdır. Keçən əsrin 50-ci illərində dahi Üzeyir Hacıbəyovdan estafeti alan Qara Qarayev isə Qərb və Şərq musiqi təfəkkür tiplərinin tamamilə yeni sintezini yaradaraq, Azərbaycan musiqisinin dünya mədəni məkanına inteqrasiyasını təmin etmişdir. "Şərq və Qərb əzəldən mənim qəlbimdə bir yerdə olmuşdur" - deyən Qara Qarayevin yaradıcılıq kredosu bu gün də müxtəlif sivilizasiyaların dialoqunun yeni mərhələsində son dərəcə aktual səslənir. Önəmlidir ki, müasir Azərbaycan bəstəkarlarının əsərlərinin müxtəlif xarici ölkələrdə keçirilən ən mötəbər festivallarda, konsertlərdə səslənməsi Qara Qarayev məktəbinin, onun yaradıcılıq prinsiplərinin təntənəsi kimi qiymətləndirilməlidir.
Q.Qarayev fenomeni haqqında yetərincə
elmi, publisistik əsərlər yaranmış,
xatirələr qələmə
alınmışdır. Maraqlıdır
ki, bu fenomenal şəxsiyyətə
xas olan səciyyəvi özəlliklər arasında onun
yeniləşmə həvəsi,
yaradıcılığında daim üslub
axtarışlarının mövcudluğu xüsusilə qeyd
olunur. Bir çox dahi sənətkarlar kimi, Q.Qarayev də keçdiyi
yaradıcılıq yoluna son dərəcə tənqidi
yanaşmış, sanki öz nailiyyətlərini hər
dəfə inkar edərək, sənətdə daha
yüksək zirvələri fəth etmişdir. Məktublarından
birində qeyd etdiyi kimi: "Sənətkar özünü
təkrar etməməlidir. O yaratdığı
çərçivədən daim kənara
çıxmağı bacarmalıdır. Məktublarından
birində qeyd etdiyi kimi: "Sənətkar özünü
təkrar etməməlidir. O, yaratdığı
çərçivədən daim kənara
çıxmağı bacarmalıdır". Bu baxımdan
bəstəkarın "İrəli və yalnız
irəli" devizinin onun ən sevimli qəhrəmanlarından
biri olan Don Kixotun "daim irəliyə"
çağırışı ilə üst-üstə
düşməsi böyük rəmzi məna
daşıyır.
Bəstəkarın
mütəmadi üslub axtarışları yalnız öz
yaradıcılığı üçün deyil, ümumiyyətlə,
Azərbaycan bəstəkarlıq məktəbi və daha
geniş konteksdə sovet musiqisi üçün böyük
önəm daşıyırdı. 1961-ci ildə Amerikada
keçirilən beynəlxalq musiqi festivalından qayıdan
Qara Qarayev belə qənaətə gəlmişdi ki, sovet
musiqisi dünya musiqi təcrübəsindən 50 il geri
qalır. Bu acı etirafdan sonra yeni ifadə vasitələrinin
gərgin axtarışları nəticəsində nəinki
Azərbaycan musiqisində, ümumən sovet musiqi
mədəniyyəti üçün mərhələ
xarakteri daşıyan 3-cü simfoniya və violino ilə
orkestr üçün konsert yaranmışdır.
Məşhur rus bəstəkarı Rodion Şedrinin
fıkrincə, "bu əsərlərin meydana
gəlməsindən sonra musiqi daha təbii yolla inkişaf etməyə
başlamışdır".
Lakin Qara Qarayev novatorluğu
heç də çoxəsrlik ənənələrin inkar
edilməsi deyil, əksinə onların məntiqi davamı,
növbəti inkişaf mərhələsi kimi qəbul
edilməlidir. Digər tərəfdən bəstəkarların
ən yeni, ən müasir ifadə vasitələri sistemi
əsasında yazılmış əsərlərində
belə, onun milli musiqi təfəkkürü özünü
açıq-aşkar büruzə verirdi. Halbuki
bəstəkarı "milli mücərrədlikdə",
"xalq musiqisinə formal yanaşmada" ittiham edən
tənqidçilər də az deyildi.
"Azərbaycan musiqisi
mənim ana dilimdir", - deyən Qara Qarayevin hətta ispan,
bolqar, Vyetnam v'ə digər musiqi üslublarında
yazılmış əsərlərində belə,
"Azərbaycan ruhu" hiss olunıır. Bəstəkar
tamamilə doğru olaraq bunu öz "genetik kodu" ilə
izah edirdi və Nazim Hikmətin "Musiqi digər sənət
növləri ilə müqayisədə milli
özünəməxsusluğu daha çox qoruyub saxlayan bir
sahədir" kəlamını nümunə gətirirdi.
Q.Qarayevin musiqi folklorundan səthi ifadəni "neft
yataqlarının üst qatlarının istismarı"
ilə müqayisəsi, onun milli musiqi
təfəkkürünün daha dərin qatlarına nüfuz
etməyin zəruriliyi haqqında düşüncələri
bu gün də öz aktuallığını
saxlamaqdadır.
Maraqlıdır ki, Qara
Qarayevin xalq musiqisinin qorunması və inkişafına, onun
professional musiqidə tətbiqinə dair konsepsiyası XX
əsr maçar musiqisinin klassikləri - Zoltan Koday və Bela
Bartokun fıkirləri ilə üst-üstə düşür.
Bela Bartokun macar musiqisinin ən arxaik qatlarına
müraciəti, milli musiqi dilini müasir bəstəkarlıq
texnikasının ən son nailiyyətləri ilə
uzlaşdırması Q.Qarayevin Azərbaycan musiqi mədəniyyətində
yerinə yetirdiyi vəzifələrlə uyğunluq
təşkil edir.
Qara Qarayev fenomeninin
özünəməxsus cəhətlərindən biri də
ondan ibarət idi ki, o, tamamilə bir-birindən uzaq üslubları
(məsələn, orta əsr polifoniyasından,
müxtəlif xalqların folklorundan tutmuş caz, rok musiqisinə
qədər mənimsəyib, yaradıcılıq süzgəcindən
keçirərək onları üzvi şəkildə öz
fərdi, təkrarsız üslubuna daxil edə bilirdi.
Ümumiyyətlə,
zaman və məkan fəlsəfı kateqoriyalarının
sərbəst təfsiri XX əsr incəsənətinin ən
parlaq nümayəndələrinin (Q.Markes, M.Bulqakov, M.Prust,
Ç.Aytmatov və b.) yaradıcılığı
üçün xas olan bir cəhətdir. Bv baxımdan
Q.Qarayev yaradıcılığı da hüdudsuzdur, onun
musiqisi zaman və məkan sərhədlərini aşaraq
müxtəlif dövrlərin, müxtəlif xalqların
mədəniyyətləri arasında təkrarolunmaz bir dialoq
yaradır. Təbii ki, yüksək bədii səviyyədə
təzahür edən bu dialoqu yalnız zəngin intellektual
potensiala, geniş dünyagörüşünə malik olan
bir sənətkar həyata keçirə bilərdi. Q.Qarayevin
qeyri-adi erudisiyası haqqında hələ onun
sağlığında əfsanələr gəzirdi.
Şekspir və Nizaminin, Hemeinquey və Abramsın
yaradıcılıq laboratoriyalarını
incəliklərinə qədər təhlil edən,
Şərq renessansından tutmuş XX əsrin müxtəlif
bədii cərəyanlarınadək dərindən bələd
olan bəstəkar, İmran Qasımovun təbirincə,
"sanki bütün sivilizasiyanı əlində cəmləşdirmişdir".
Q.Qarayev
yaradıcılığı üçün üslub
məhdudiyyəti, musiqi janrlarının "ali" və
"sadə", "elitar" və "kütləvi"
növlərə bölgüsü qətiyyən xas deyildi. Hər
bir musiqi əsəri, bəstəkarın fikrincə, həm
ən geniş dinləyici kütləsi tərəfindən
emosional şəkildə qarşılanmalı, həm də
mütəxəssisləı üçün yeni informasiya
daşımalıdır. Bu baxımdan bəstəkarın
böyük həvəslə estetik səciyyəli
sənət növlərinə müraciət etməsi,
öz yaradıcılığında teatr və kino
musiqisinə önəmli yer ayırması səciyyəvidir.
Qara Qarayevlə kino və teatr sahəsində birgə işləmiş
XX əsrin görkəmli rejissorları - K.Volf, Q.Kozintsev,
R.Karmen, Q.Tovstonoqov və digərləri bəstəkarın
musiqisinin psixoloji zənginliyini, tamaşa və
kinofılmdə yerinə yetirdiyi mühüm dramaturji
funksiyaları vurğulayırdılar. Səciyyəvidir ki,
Qara Qarayevin Şekspirin dramlarına yazdığı musiqi XX
əsr teatı musiqisinin ən parlaq nümunələri
sırasına daxildir.
Q.Qarayevin
şəxsiyyəti müxtəlif aspektlərdən
işıqlandırıla bilər. Lakin bu fenomenal insanı
səciyyələndirən ən ümdə
cəhətlər öz lakonik ifadəsini Tahir Salahovun
məşhur rəsmində tapmışdır.
"İrəli və yalnız irəli" sözlərini
yaradıcılıq kredosu kimi seçən bəstəkar bu
portretdə sanki öz zamanının inersiyasını,
müqavimətini qıraraq, gələcəyə üz
tutmuşdur.
Mədəni-maarif.- 2008.- № 1/2.- S. 9-10.