“Qarayevsiz”: Festivala bu gün start
verilir
Mədəniyyət
və Turizm Nazirliyi "25 il Qarayevsiz" adlı festival təşkil
edir. Martın 7-dən 18-nə qədər davam edəcək
layihə ərzində 5 konsert proqramı keçiriləcək.
Bu barədə "Kaspi"yə nazirliyin musiqi sektorunun müdiri
Fərəh Əliyeva məlumat verib.
Onun sözlərinə görə,
festival çərçivəsində Kamera orkestri və
orkestr solistləri Azərbaycan bəstəkarlarının əsərlərini
səsləndirəcəklər. Dövlət
Filarmoniyasında təşkil olunacaq festivalda xarici
musiqiçilər qonaq olacaqlar. Bununla yanaşı, Mədəniyyət
və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, AMEA,
Bakı Musiqi Akademiyasının təşkilatçılığı
ilə "Qara Qarayev və müasirlik" adlı elmi-nəzəri
konfrans keçiriləcək. Konfransda 20-dən artıq məruzə
dinləniləcək.
Söhbət əsnasında öyrəndik
ki, Mədəniyyət və Turizm Nazirliyinin hər il təşkil
etdiyi daha bir - "Azərbaycan musiqisi festivalı" bu dəfə
Salyanda davam etdirilib. Fərəh Əliyevanın əlavəsinə
görə, Salyan Mədəniyyət Evi və Uşaq Musiqi məktəbində
keçirilən festivalda Xalq Çalğı Alətləri
Ansamblı çıxış edib. Xatırladaq ki,
festival artıq 18 rayonda keçirilib.
Kaspi.- 2008.- 7 mart.- S. 17.