Son mənzilə

 

Martın 25-də ölkəmizin ictimaiyyəti görkəmli müğənni, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tükəzban Məhərrəm qızı İsmayılovanı son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin adından, habelə dövlət hökumət təşkilatlarının, müxtəlif mədəniyyət qurumlarının kollektivləri adından əklillər, mərhumun təltif olunduğu orden medallar düzülmüşdü.

“Şöhrət” ordenli xalq artisti Tükəzban İsmayılovanın həmkarları, tanınmış mədəniyyət, incəsənət, elm xadimləri, mərhumun sənətinin pərəstişkarları Mahnı Teatrının binasına gəlir, tanınmış sənətkara və gözəl insana son borclarını verirdilər.

Salonda həzin matəm musiqisi səslənirdi. Mədəniyyət xadimləri, eləcə sənətsevərlər cənazənin yanında fəxri qarovulda dayanırdılar.
Matəm mitinqində mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev mərhumun Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Tükəzban İsmayılova mayası musiqidən yoğrulmuş bir ailənin nümayəndəsi idi. Onun bənzərsiz ifaları, məlahəti şaqraq səsi təkcə lent yazılarında deyil, xalqın yaddaşında yaşayacaqdır.

Xalq artisti Əlibaba Məmmədov Tükəzban İsmayılova ilə uzun illər Azərbaycan Dövlət Filarmoniyasında birgə çalışdığını, unudulmaz qastrol səfərlərini xatırlatmışdır. Qeyd etmişdir ki, bu gün muğamımızın sütunlarından olan Tükəzban xanımı son mənzilə yola salırıq. Amma onun xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Xalq artistləri Arif Babayev, Canəli Əkbərov Tükəzban xanım haqqında xatirələrini danışmışlar. Natiqlər Tükəzban İsmayılovanın sadə, təmkinli təvazökar insan, mahir muğam ifaçısı bilicisi, gözəl pedaqoq olduğunu xüsusi vurğulamışlar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə mərhumun ailəsi adından mərasim iştirakçılarına, Tükəzban İsmayılovanın xatirəsini əziz tutanlara minnətdarlıq etmişdir.

 

***

 

Xalq artisti Tükəzban İsmayılovanın cənazəsi teatrın binasından qaldırılaraq İkinci Fəxri Xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu.
Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq tanınmış sənətkar, əsl vətəndaş gözəl insan Tükəzban İsmayılovanın cənazəsi doğma torpağa tapşırıldı. Məzarı üstünə əklillər, gül dəstəl
əri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!


Xalq qəzeti.- 2008.- 30 mart.- S. 4.