Daşkəsən şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Daşkəsən şəhərinin 60 illiyi münasibətilə şəhərin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

Ağamalıyeva Gülnarə Qulu qızı

 

"Azərbaycan Respublikasının əməkdar həkimi"

Mehdiyeva Şövkət Hüseyn qızı

 

"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi"

Allahverdiyev Cəmil Qoşqar oğlu, Şamilova Afət Zəki qızı

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 mart 2008-ci il

 

Azərbaycan. -2008.- 13 mart.- S. 3.