Aliyə

 

135 yaşlı Azərbaycan teatrı

 

Martın 10-da milli teatrımızın 135 yaşı tamam olur. Belə bir tarixdə teatrımızın böyük istedad sahiblərini, görkəmli xadimlərini, rejissor, aktyor aktrisalarını anmamaq mümkün deyil. Azərbaycan teatrı isə məhz bu şəxsiyyətlərin istedad əzmi sayəsində cəmiyyətin ən cazibədar bir məbədinə çevrildi.

Peşəkar teatmızın köklərinə çevrilməli olan qədim milli oyun-tamaşa mədəniyyətimiz təbii sadə sisteminə, ritual xarakterinə görə unikal hadisə oldu. Bu ayin-oyunlar milli təfəkkürdəki mistik mifik məqamların obrazlı təzahür predmeti idi. "Yuğ" mərasimləri, Qodu-qodu oyunla, hoqqa meydan tamaşala milli özünəxaslığın əsrdən-əsrə ötürülmüş daşıyıcıla idi ki, özlərində zəngin estetika ənənələrini birləşdirir. Peşəkar Azərbaycan teatrının təvəllüdü 1873-cü ilin mart ayının 10-da M.F.Axundovun "Vəziri-xani Lənkəran" pyesinin tamaşası ilə baş tutdu. Yəni həm peşəkar Azərbaycan teatrı XİX əsr maarifçi realizminin bir qolu kimi meydana çıxdı.

 

50 yaşında cavan

 

Yaşının bu çağında teatrın, doğrudan da, gəncliyə xas mübarizə ruhu və inadı vardı. Sözsüz ki, bu inada Avropa dəbi təsirsiz ötüşməyib. Bu minvalla xalq oyun tamaşalarından, ritual mərasimlərdən qaynaqlanan teatr sənəti ictimai-sosial yüklü bir məsələyə çevrilməyə başladı. Elə ictimailəşdikcə bəzi keyfiyyətlərini itirməyə, əvəzində yeni sima qazanmağa başladı. Qazanılmış cizgilər sayəsində funksionallaşmış teatrı daima müəyyən bir missiya müşayiət edirdi. XIX əsrin sonlanda XX əsrin əvvəllərində peşəkarlığa can atan Azərbaycan teatrı maarifçi-didaktik missiyada idi. Axundovun realist komediyalayla bahəm, Ə.Haqverdiyevin N.Vəzirovun bu səpkili əsərləri yaranmışdı. Sözsüz, təsadüfi deyildi ki, faciə janrı ilə yanaşı, məsəl atalar sözləri ilə adlanan komediyalar yazıldı. Məsələn, bu kimi - "Daldan atılan daş topuğa dəyər", "Nə əkərsən, onu da biçərsən" s.

Bu illərdə ölkədə baş vermiş "neft bumu" Qərb mədəniyyətinin daha çox Şərq ölkəsi olan Azərbaycana ekzotik dəb halında yol açmasına əsas səbəb oldu. Ölkənin ziyalı təbəqəsinin formalaşdırdığı ənənələr birbaşa olaraq bu mühitə ötürüldü. Maarifçi-realizmin publisistika kimi bir qolu da teatr idi.

Axundovun realist komediyalarından sonra Mirzə Cəlilin sürrealist meyilli hekayə, felyeton və tragikomediyaları nəinki ədəbiyyat və publisistikaya, həmçinin teatra böyük töhfə idi və hələ indi də bu əsərlər ədəbiyyatımızın əvəzsiz nümunələridir. Etiraf edək ki, əsrin əvvəlləri üçün teatrın sosiallaşmasında Qərb dəbinin təsiri böyük idi. Milyonçu Tağıyev tikdirdiyi teatr binası ilə yanaşı, digər bir milyonçu gözəl bir xanıma, italiyalı opera müğənnisi üçün əla bir Opera Teatrı tikdirdi. Hərçənd bu vaxtlar teatrlarımız aktrisa qıtlığından əziyyət çəkirdi və adətən qadın rollarını kişilər ifa edirdi. Məsələn, yazıçı Ümbülbanunun (Banin) "Qafqaz günləri" əsərində bığlı Leylinin yoğun səslə ariya oxuduğunu xatırlayır ("Leyli və Məcnun" operası). Qeyd edək ki, maarifçilərin teatr sənətinə böyük məhəbbəti tamaşaçıların təhqiri ilə də rastlaşırdı. Əksər yerlilər artistlərə pis münasibət bəsləyirdi.

Azərbaycan dramaturgiyasında romantizmin dahisi Hüseyn Cavidin əsərləri teatra tamam başqa ab-hava gətirdi. Teatrda realist aktyor məktəbi ilə yanaşı, romantik aktyor məktəbi formalaşdı. Bu dövrdə "Nicat", "Səfa", "Həmiyyət" s. mədəni-maarif cəmiyyətlərinin fəaliyyəti teatrlar üçün faydalı oldu.

Sovet hakimiyyətinin ilk illərində teatr "maarifçilik dövrü" ilə qismən vidalaşdı. Hökumətin başqa strukturları artıq bu funksiyanı yerinə yetirirdi.

1921-ci ildə teatrlar milliləşdi. Bu illərdən etibarən teatr daha çox ictimai-mədəni faktor kimi maraq kəsb etməyə başladı. istənilən halda o, ideoloji mexanizm kimi funksionallaşdı.

Alim Berdyayevin qənaətlərinə görə, mədəniyyət dəyərləri ilə dövlət cəmiyyət dəyərləri arasında əbədi konflikt mövcuddur. Həqiqətən, teatr kütləyə birbaşa təsir imkanları ilə dövlət üçün əvəzsiz funksional mexanizmdir.

Cəfər Cabbarlı dramaturgiyası ilə başlayan bütöv bir sosializm realizmi mərhələsi teatra tamam başqa bir sima bağışladı. Tənqid-Təbliğ Teatrı da məhz bu illərdə yarandı.

İctimai vəzifələr yükləməklə teatrı sındırmaq olar bu baş vermişdi (konfliktsizlik nəzəriyyəsi sosializm realizminin böhranı idi). Artıq baş vermişlər geridə qalıb.

 

135 yaşlı yubilyar

 

Azərbaycan teatrının 135 yaşına ən böyük hədiyyə teatr haqqında qanunun qəbul olunması oldu. Bu hüquqi sənədlə teatr öz fəaliyyət müstəvisini aydınlaşdırdı qanun hüquqi baza kimi vacib əhəmiyyət kəsb etdi.

135 yaşında fərəh uğur hesab olunar, əlbəttə ki, nəvə-nəticələr. Son illərin uğurları da 15-18 yaşlı teatrlarla bağlıdır. Gənclər Teatrı, Bakı Kamera Teatrı, Dövlət Pantomima Teatrı, Yuğ Teatrı... Hələ ki, teatrşünaslarımız bu "dövlətdə dəvə, övladda nəvə" deyib onları əzizləməklə məşğuldur.

Teatr böyük bir prosesdir bu proses dayanmır. Dayanmırsa, deməli, anbaan təzələnir. Onu hər qədər tənqid ləngimələrdə ittiham etsək . Hərçənd 135 yaş elə bir yaşdır ki, hər məqamına dönə-dönə qayıtmağa dəyər.

 

Mədəniyyət.- 2008.- 13 mart.- S. 5.