Qocayeva A.

 

Azərbaycan teatrının 135 illiyinə həsr edilmis elmi-praktik konfrans

 

Dünən Teatr Xadimləri İttifaqında (TXİ) Azərbaycan teatrının 135 illiyinə həsr edilmiş "Azərbaycan milli teatr düşüncəsi: peşəkarlıq vs dünya teatr prosesinin aktual tələbləri" mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan aparıcı, əməkdar incəsənət xadimi, professor Vaqif İbrahimoğlu Azərbaycan teatrının 135 illik yubileyi münasibətilə bütün sənətkarları teatrsevərləri təbrik edərək sözü TXİ-nin sədri, xalq artisti, professor Azərpaşa Nemətova verdi. A.Nemətov öz növbəsində bütün teatr aləmini bayram münasibətilə təbrik etdi milli teatr tarixinə qısa bir səyahət edərək keçən dövr ərzində qazanılan uğurlardan, çətinliklərdən danışdı. Vurğuladı ki, Azərbaycan teatrına ölkə rəhbərləri tərəfindən daim diqqət qayğı ilə yanaşılıb, sənətkarların zəhməti daim yüksək dəyərləndirilərək onlar vaxtaşırı fəxri adlara, Prezident təqaüdünə bir sıra mükafatlara layiq görülüblər. Bu mükafatlar onları yeni-yeni nailiyyətlərə səsləyib. A.Nemətov paytaxtın aparıcı teatrlarının təmirə dayandırılmasını dövlətin bu sahəyə böyük qayğısı kimi dəyərləndirdi.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə "Peşəkar teatr milli teatr prosesi" mövzusundakı çıxışında bu sahədəki əsas problemlərdən onun həlli yollarının, axtarılıb tapılmasının vacibliyini vurğuladı. Məryəm xanım qeyd etdi ki, Azərbaycanda Prodüsserlər İnstitutu yaradılmalıdır. Aktyorlar işə götürülərkən boy-buxunları, bir sözlə, səhnə mizana uyğun olub-olmamaları ilk növbədə nəzərə alınmalıdır. 135 yaşlı Azərbaycan teatrı bütün tələblərə cavab verməli, dünyanın qabaqcıl teatrlarına inteqrasiya etməlidir.

Teatrşünas Könül Əliyeva "Dünya teatr prosesinin avanqard meyilləri", əməkdar incəsənət xadimi, professor Vaqif İbrahimoğlu "Konseptual poetikanın bazisli anlayışlarına baxış", Mədəniyyət İncəsənət Universitetinin aspirantı Vəfa Mühacirova "Çağdaş Azərbaycan teatrının dünya teatr prosesinə inteqrasiyası" mövzularında çıxışlar etdilər.

Xalq artisti, Dövlət mükafatları laureatı, professor Amaliya Pənahovanın Azərbaycan teatrının aktual problemlərindən bəhs edən geniş dərin məzmunlu çıxışı hər kəsin böyük marağına səbəb oldu. A.Pənahova Azərbaycan teatrının hazırkı vəziyyəti, qarşıya çıxan problemlər, qoyulan tamaşalarda millilik ruhunun saxlanmasının vacibliyi, aktyorların maddi vəziyyətinin yaxşılaşdırılması bu amilin onların yaradıcılıqlarına müsbət təsiri, Azərbaycan aktyorlarının dünya arenasına çıxmağa layiq olmaları, gənc aktyorlara istedadlarının üzə çıxarılması üçün şərait yaradılmasının vacibliyi bu kimi məsələlərə toxundu. Vurğuladı ki, ölkənin aparıcı teatrlarının texniki avadanlıqlarla təmin edilməsi məqsədilə ən müasir avadanlıqlar alınmış bu avadanlıqlardan istifadə edə bilən mütəxəssislərin siyahısı tərtib olunaraq Mədəniyyət Turizm Nazirliyinə təqdim edilmişdir.

Konfransın sonunda A.Nemətov Azərbaycan peşəkar teatrının inkişafı istiqamətində yeni yollar axtarılıb tapılacağını bu istiqamətdə bütün tanınmış sənətkarları səfərbər edəcəklərini vurğuladı.

Konfransda Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi, paytaxtın aparıcı teatrlarının rəhbərləri, Mədəniyyət İncəsənət Universitetinin tələbələri, jurnalistlər iştirak edirdilər.

 

İki sahil.- 2008.- 12 mart.- S. 6.