Mütəllimova S.
Səhnəyə yayılan
çiçək qoxusu
Dövlət Gənc
Tamaşaçılar Teatrının tamaşaları daha
çox yeniyetmələrə, uşaqlara hesablanır. Bəllidir
ki, onların da tamaşalara münasibəti eyni olmur.
Açıq deyək ki, bəzən salondakı
səs-küydən aktyorlar da əsəbiləşirlər.
Çox şıltaq, nadinc uşaqlar tamaşanın gedişinə
mane olmağa "çalışırlar". Belə
hallarda aktyorlar da etinasızlıq göstərir, ruhdan
düşür, tamaşanı istənilən səviyyədə
oynamırlar...
- Amma mən bunun tam əleyhinəyəm. Çünki belə hallarda əsl tamaşaçı
əziyyət çəkir.
İstədiyi mənəvi
qidanı ala bilmir... Əlbəttə, yeniyetmə
və gənclərin,
uşaqların mədəni
səviyyəsi nə
qədər yüksək
o/arsa, bir o qədər bizim xeyrimizədir, - deyir Günel Məmmədova.
Günellə söhbətimizə teatrın
direktoru Mübariz Həmidov da qoşulur. O, Günelin teatra ilk gəlişini belə xatırlayır. "Teatrımızın aktyor truppasının potensialının möhkəmləndirilməsi,
istedadlı gənclərin
teatra cəlb olunması üçün
Mədəniyyət və
İncəsənət Universiteti
ilə sıx əlaqə saxlayırdım
- Bu bağlılıq indi
də davam edir. 3 ilə
yaxın universitetdə
Azərbaycan teatr tarixindən mühazirələr
oxumuşam. Aktyorluq, rejissorluq,
mədəni-maarif, teatrşünaslıq
fakültələrinin tələbələrini
yaxşı tanıyırdım.
Teatra rəhbər təyin olunandan sonra da tələbələrin
kurs və diplom işlərinə baxırdım. Həmin dövrdə
bir neçə gənci teatra dəvət etdim ki, onlardan biri
də Günel Məmmədova oldu. Günel 2006-cı ildə
Mədəniyyət və
İncəsənət Universitetinin
estrada aktyorluğu
fakültəsini bitirib.
Universiteti qurtaran kimi teatrımızda işlə
təmin olunan Günelin ilk rolu "Çimnaz xanım yuxudadır" tamaşasında
Nabat oldu. Tamaşa Süleyman Rüstəmin
100 illik yubileyi ərəfəsində dövlət
sifarişi ilə hazırlanırdı. Bu rolla Günel çox böyük uğur qazandı. Tələbə-aktyorun uğurlu
işi həm teatr ictimaiyyətini, həm də bədii şura üzvlərini qane etmişdi. O vaxtdan Günelə bir-birinin ardınca tamaşalarda müxtəlif rollar həvalə edildi. Gənc Tamaşaçılar Teatrının
spesifikası müxtəlifdir.
Biz də uşaq
tamaşaları daha çox oynanılır.
Alleqorik obrazlar - siçan, pişik, tülkü - oynamağı hər aktyor bacarmır. Günel Məmmədova estrada aktyorluğu
fakültəsini bitirdiyi
üçün belə
rolların öhdəsindən
bacarıqla gəlir. Onun gözəl səhnə görünüşü, incə
musiqi duyumu, güclü plastikası var, o hər cəhətdən orijinaldır.
Bilirsiniz
ki, bu gün
istedadlı gənclərə
geniş meydan verilmişdir. Onlar professional rejissorlarla işləməlidirlər
ki, obrazları xırda detallarına qədər aça bilsinlər. Bu zaman keyfiyyətli tamaşalar meydana çıxar".
Səhnədə ilk addımlarını atan, hələ heç kəsin tanımadığı
aktyor haqqında danışmaq çətindir,
amma Mübariz müəllim bu çətinliyin öhdəsindən
gəlməkdə mənə
yardımçı oldu.
Günel Məmmədova 1986-cı ildə
Bakı şəhərində
doğulub. İncəsənət Gimnaziyasının məzunudur. Gimnaziyadan sonra
Mədəniyyət və
İncəsənət Universitetinə
daxil olub və 2006-ci ildə oranı bitirib. Azərbaycanın xalq artisti Rafiq Əliyevin tələbəsi olan Günel elə onun məsləhəti ilə debütünü Gənc Tamaşaçılar
Teatrında "Çimnaz
xanım yuxudadır"
tamaşasında oynayıb.
İlk uğurundan sonra bir-birinin ardınca müxtəlif tamaşalarda
əsas obrazları ifa edir. Dünənin teatrı ilə bu günün
teatrı arasındakı
fərqə Günelin
özünəxas baxışı
var: "Qabaqlar pafosa daha çox meyil var idisə, indi tam əksinədir. İndi təbiiliyə daha çox üstünlük
verilir. Bir var kino sənəti, bir də var teatr
sənəti. Əgər teatrda
canlı insan qarşısında oynayırsansa,
kinoda onu yalnız təsəvvür
edirsən".
Günelin aktrisalığı hələ
incəsənət Gimnaziyasında
oxuyarkən başlayıb. Bir çox
filmlərdə ("Ad gününün
peşmançılığı" (Zirəddin Tağıyev),
"Yalan" (Ramiz Əzizbəyli və s.) və reklam çarxlarında çəkilib.
İşlədiyi teatrda
isə "Tıq-tıq
xanım", "Yağış
yağmur", "Daldan
atılan daş",
"Çəkməli pişik",
"Bir də etmərəm" tamaşalarında
əsas rolların ifaçısıdır.
Günel bitib-tükənməyən tamaşaçı
alqışını özü
üçün ən
qiymətli hədiyyə
hesab edir. Əsl aktrisa
kimi. Bütün məşqlər, əziyyətlər, yuxusuz
gecələr, maddi sıxıntılar bir tamaşaçı alqışı
uğrunda deyilmi?
O premyera gecəsi yaşanan sevincin həyəcanını başqa
nə əvəz edə bilər? Titrəyə-titrəyə
səhnəyə uzanan
çiçəklərin qoxusunu nə unutdura bilər ki?
Mədəniyyət.- 2008.- 20 mart.- S. 7.