Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin Birləşmiş
Krallığa rəsmi səfəri başa çatıb
Birləşmiş
Krallığın Xarici İşlər Nazirliyinin
dəvəti ilə 2008-ci il 23-28 fevral tarixlərində Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi
ilə nümayəndə heyəti həmin ölkədə
ilk rəsmi səfərdə olmuşdur. Səfər
çərçivəsində Ə.Qarayev
Birləşmiş Krallığın Mədəniyyət,
Yaradıcı Sənayelər və Turizm Nazirliyi, Britaniya
Şurası, İngiltərə İrsi, Visit Britiş,
Britaniya muzeyi, Viktoriya və Albert muzeyi, Dünya Səyahət
Təşkilatı, Muzeylər, Kitabxanalar və Arxivlər
Şurası, Akançi, Britaniya Ekspertizası, Britaniya
kitabxanası, Arxeologiya İnstitutu, Britaniya
Məsləhətçi Xeyriyyə Tresti və Rof Qayds
Səyahət Agentliyi kimi mədəniyyət və turizm
təşkilatlarının rəhbərləri ilə
görüşlər keçirmişdir.
Görüşlərdə
iki dövlət arasında mədəniyyət və turizm
sahələrində qarşılıqlı
münasibətlərin hazırkı vəziyyəti və
gələcək perspektivləri barədə
müzakirələr aparılmışdır.
Mədəniyyət
və Turizm naziri Birləşmiş Krallığın mədəniyyət,
yaradıcı sənayelər və turizm naziri xanım Marqarit
Hocla keçirdiyi görüş zamanı Azərbaycanın
mədəniyyət və turizm imkanları haqqında
məlumat verərək, ölkəmizin Böyük Britaniya
ilə bu sahələrdə əməkdaşlığının
inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verdiyini, belə bir əməkdaşlığın
qurulması və möhkəmləndirilməsi
üçün ikitərəfli əməkdaşlıq
sənədinin imzalanmasına böyük ehtiyac olduğunu
qarşı tərəfin diqqətinə
çatdırmışdır. Ə.Qarayev xanım Marqarit
Hocu Azərbaycanın təşəbbüsü ilə 2008-ci
ilin noyabrında Bakıda keçiriləcək Avropa
Şurası Mədəniyyət
Nazirlərinin Konfransına dəvət etmişdir.
Xanım Marqarit Hoc öz
növbəsində dəvətə görə
təşəkkür edərək Böyük Britaniya hökumətinin
də Azərbaycanla təkcə enerji və digər iqtisadi
sahələrdə deyil, həmçinin mədəniyyət
və turizm sahələrində də əməkdaşlıq münaşibətlərinin qurulmasında
və inkişaf etdirilməsində maraqlı olduğunu
bildirmişdir. Görüşün sonunda hər iki nazir iki
ölkə arasında müvafiq sahələrdə
əməkdaşlığın inkişaf etdiriiməsi istiqamətində
səylərini daha da artıracaqlarını və lazımi
tədbirlər görəcəklərini bildirmişlər.
Görüş zamanı həmçinin Britaniya muzeylərində
Azərbaycan mədəniyyət nümunələri, Britaniya
turizm şirkətləri və səyahət agentliklərinin
Azərbaycanın turizm sahəsinə cəlb olunması, qarşılıqlı
rəsmi səfərlərin intensivləşdirilməsi
və s. məsələlər ətrafında fikir
mübadiləsi aparılmışdır.
Səfər
çərçivəsində keçirilən bütün
görüşlərdə bildirilmişdir ki, Azərbaycanın
Avropaya sürətli inteqrasiyası üçün Britaniya
təcrübəsinin öyrənilməsi və müvafiq
sahələrdə təcrübə mübadilələrinin
aparılması çox vacibdir.
Bununla yanaşı,
nazir Ə.Qarayev son zamanlar Böyük Britaniyanın bəzi
turizm agentlikləri tərəfindən Dağlıq
Qarabağa turizm səyahətlərinin təşkil
olunması haqqında elanların verilməsinin yolverilməzliyini,
həmin ərazinin Azərbaycan ərazisi olduğunu və
ermənilər tərəfindən işğal olunaraq nəzarətsiz
bir əraziyə çevrildiyini müvafiq
təşkilatların diqqətinə
çatdırmışdır. Müvafiq qurumların rəhbərləri
bu məsələni diqqətdə saxlayacaqlarını
və belə hallarda bir daha təkrarlanmaması
üçün lazımi tədbirlər
görəcəklərini bildirmişlər.
Görüşlərdə
Britaniya turizm agentlikləri ilə Azərbaycanın turizm
ölkəsi kimi təşviq olunması üçün
birgə layihələrin həyata keçirilməsi
istiqamətində danışıqlar
aparılmışdır.
Səfər zamanı
Ə.Qarayev həmçinin Azərbaycan Respublikasının
Böyük Britaniyadakı səfirliyi tərəfindən
Xocalı soyqırımı ilə bağlı təşkil
olunmuş tədbirdə iştirak etmişdir.
Mədəniyyət.- 2008.- 5 mart.- S. 3.