Mədəniyyət Turizm Nazirliyinin təsis etdiyi Zirvə-2007 mükafatı təqdim edilmişdir

 

Martın 19-da R.Behbudov adına Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə-2007" mükafatının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyətimizin, incəsənətimizin, musiqimizin inkişafı, təbliği istiqamətində görülmüş işlərdən söz açmışdır.
Natiq bildirmişdir ki, ötən dövr ərzində bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 60-a yaxın sərəncam imzalanmışdır.
Əbülfəs Qarayev Bakının mədəniyyət ocaqlarında aparılan təmir yenidənqurma işləri barəd
ə məlumat verərək bildirmişdir ki, bu tədbirlər qarşıdakı illərdə davam etdiriləcəkdir.
Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının əsaslı təmirinin başa çatmaq üzrə olduğunu qeyd edən nazir, mayın ortalarında onun açılışının planlaşdırıldığını bildirmişdir. Bundan əlavə, yay aylarında Heydər Əliyev adına sarayın Dövlət Film Fondunun da əsaslı təmirdən sonra açılışı nəzərdə tutulmuşdur.
Muğam Mərkəzinin tikintisinin uğurla davam etdiyini nəzərə çatdıran Ə.Qarayev, həm bu mərkəzin, həm İncəsənət muzeyinin birinci binasının bu ilin noyabrında əsaslı təmirdən sonra istifadəyə veriləcəyini bildirmişdir.
Ə.Qarayev demişdir ki, ilk dəfə 6 nominasiya üzrə təsis edilmiş "Zirvə-2007" mükafatı teatr, musiqi, kino, təsviri incəsənət digər sahələri əhatə edən mədəniyyət xadimlərinə veriləcəkdir. Bundan sonra mükafatın ənənəvi olaraq təqdimatı keçiriləcəkdir.
Sonra "Zirvə-2007" mükafatı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına, xalq artisti, dirijor Rauf Abdullayevə, xalq rəssamı Natiq Əliyevə, "Muğam müsabiqəsi-2007"nin qalibi Elməddin İbrahimova muğam ustası, xalq artisti Alim Qasımova təqdim edilmişdir.
Qaliblərə diplom, mükafatın rəmzi simvolu 5 min manat pul verilmişdir.
Tədbirdə tanınmış ifaçılar musiqi nömrələri ilə çıxış etmişlər.

 

Azərbaycan.- 2008.- 20 mart.- S. 16.