Şirinov
E.
Kulinarlarımızın Malta
səfəri uğurlu olub
Komanda
ölkəmizə medallarla qayıdıb
Azərbaycan
kulinarları fevralın 20-dən 28-nə kimi Maltada
keçirilən Beynəlxalq Kulinariya çempionatından
qayıdıb. Yarışmada kulinarlarımızla
yanaşı, Türkiyə
və İsrail aşpazları da iştirak edib.
"Azərsun Holdinq" Şirkətlər
Qrupunun Mədəniyyət
Mərkəzində Maltada
keçirilən çempionatın
yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycan
Milli Kulinariya Mərkəzinin (AMKM) baş
direktoru Tahir Əmiraslanov bildirdi ki, bu dəfə
milli komanda əsasən gənclərdən
ibarət idi. Onun sözlərinə görə, Aynurə Əmiraslanova, Nailə Mürsəlova, Yeganə İsmayılova, Orxan Muxtarov, Anar Qasımov, Fuad Əliyev, Cəlal Məmmədov, Emil Qurbanov, Nazim Cəfərov və İradə Abbasovanın təmsil olunduğu komanda 40 sinif yarışda iştirak edib: "Maltada əvvəlki illərdən
fərqli olaraq, yarışlar çox pis təşkil olunmuşdu. Yarışa
30-a qədər iştirakçı
ölkə əvəzinə
cəmi 4 ölkə qoşulmuşdu. Münsiflər
heyətinin tərkibi
zəif idi. Biz aydınlaşdırdıq
ki, bütün bunlara səbəb Malta Kulinariya Assosiasiyasının iki yerə parçalanması,
iki paralel Assosiasiyanın fəaliyyəti,
bunun nəticəsində
ümumdünya Kulinariya
Təşkilatları Birliyi
ilə gərginliyin yaranması olub".
T.Əmiraslanov bildirdi
ki, münsiflər heyətinin mənfi münasibətinə
baxmayaraq, Azərbaycan komandası 4 gümüş, 4
bürünc medal və 2 fərqlənmə sertifikatı
qazanıb. Komandanın üzvlərindən Orxan Muxtarov (balıq xörəyi) və Yeganə İsmayılovanın
(orijinal qurman xörəyi) əl işləri xüsusi maraq doğurub. T.Əmiraslanov qeyd etdi ki, yarışmada
əsasən Azərbaycandan
aparılan məhsullardan
istifadə olunub. O, bunu milli məhsullarımızın
daha keyfiyyətli olması ilə əlaqələndirdi: "çempionatda
biz daha çox yerli məhsullardan istifadə etməyə çalışdıq.
SPT3 hazırlama və
xidmət etmə sinfində biz Tovuz-Baltiya şirkətinin
şərablarından, digər
yarışlarda isə
"Azərsun Holdinq"in istehsal etdiyi
"Final" marqarinindən,
zeytun, qarğıdalı
yağlarından istifadə
etdik".
Milli kulinarlara dəstək verən
"Monte Kristo" şadlıq sarayının
və Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə
minnətdarlığını bildirən T.Əmiraslanov daha bir sponsorlarını
təqdim etdi. Onun sözlərinə görə, "Farmed"
tibb müəssisəsinin
təbii üsullarla müalicə mərkəzinin
direktoru Seyfəddin Əsəd təmənnasız
olaraq bundan sonra milli komandanın
sağlamlığı keşiyində
dayanacaq.
Komandanın
üzləşdiyi problemlərdən danışan
T.Əmriaslanov onu da qeyd etdi ki, AMKM-nə indiyə
qədər iş yerinin, ofisin verilməməsi
mərkəzin işini iflic vəziyyətə salıb:
"Buna görə "Kulina" jurnalının
nəşri dayanıb. Komandanın hazırlıq səviyyəsi
getdikcə zəifləyir.
İndiyə qədər
toplanmış materiallar
artıq xarab olub sıradan çıxır".
***
Milli Kulinariya
Mərkəzinin rəhbəri bildirdi ki, əgər
problemlər tezliklə öz həllini taparsa, dünya
üzrə ilk dəfə keçiriləcək "Qlobal
usta aşpaz" yarışında da ad qazana bilərlər.
Hələlik isə onlar Umumdünya Kulinariya
Təşkilatları Birliyinin Praqa şəhərində
keçirilmiş Avropa Qitə Konfransında üzvlük
haqqını ödəməyən dörd ölkədən
birinin komandası kimi təqdim edilib...
T.Əmiraslanov onu da
vurğuladı ki, milli kulinarlarımız bu ilin mayında
Dubayda keçiriləcək yarışmaya da çox ciddi
hazırlaşırlar.
***
Kulinarlarımızın
uğurlarını alqışlayan "Azərsun Holdinq"
Şirkətlər Qrupunun media və piar şöbəsinin
müdiri Afiq Səfərov Azərbaycan Milli Kulinariya
Komandasına dəstək verməkdən, onlarla birgə
işləməkdən məmnun olduqlarını bildirdi. A.Səfərovun
sözlərinə görə, "Azərsun Holdinq"
bundan sonra da komandaya öz dəstəyini
əsirgəməyəcək.
Sonda Maltada
keçirilən çempionatda gümüş və
bürünc medal qazanmış kulinarlarımıza
"Azərsun Holdinq"in hədiyyələri təqdim
olundu.
Təzadlar.- 2008.- 12-18 mart.- S. 10.