Həmidoğlu A.

 

Muğam parkında Novruz şənliyi

 

Xalqımızın əziz bayramı Novruz ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da böyük təntənə ilə qeyd edildi.
Əvvəlcə 300 şəhid ailəsinə, müharibə veteranı əlilə, bayram sovqatı pul yardımı verildi. Rayondakı 50 yataq xəstəsinə sovqat yardım evlərində təqdim olundu.
Sonra şəhərin mərkəzindəki Muğam parkında Nəsimi rayon icra hakimiyyəti Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkil etdiyi gözəl bayram şənliyi keçirildi. Zövqlə bəzədilmiş parkda rayondakı orta məktəblərdə təhsil alan şagirdlərin əl işləri nümayiş etdirilirdi. Gənc idmançıların nümunəvi çıxışları toplaşanların marağına səbəb oldu.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova hamını bu qədim həmişəyaşar bayram münasibətilə təbrik edib öz xoş arzularını bildirdilər. Natiqlər bildirdilər ki, bu il xalqımız Novruzu böyük uğurlarla qarşılayırlar. Ölkəmizdə vüsət alan iqtisadi inkişaf, böyük quruculuq abadlıq işləri, gündən-günə qüdrətlənən müdafiə potensialı Azərbaycanımızı bölgənin ən nüfuzlu dövlətinə çevirib hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu proses daha da möhkəmlənir. Məhz buna görə , xalqımızın böyük əksəriyyəti bu il keçiriləcək prezident seçkilərində möhtərəm dövlət başçımızı dəstəkləmək onu yenidən Prezident görmək istəyir.
Sonra maraqlı rəngarəng konsert proqramı başlandı. Biri-birini əvəz edən aşıq muğam musiqisi, qara zurnanın sədaları, Vətənə Novruza həsr edilmiş şeirlər mahnılar, sirk ustalarının məharəti hamının ürəyini riqqətə gətirdi. Novruzun canlı simvolları Bahar qız, Kosa Keçəlin gəlişi şux zarafatları mərasim iştirakçılarına unudulmaz dəqiqələr yaşatdı.
Şənlik başa çatdıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri 1 nömrəli Uşaq evinə getdilər.
Gözəl bayram sovqatları hədiyyələr balacaların sevincinə səbəb oldu.

Xalq qəzeti
.- 2008.- 19 mart.- S. 5.