İlqar L.

 

“Battery Dance” Musiqili Komediya Teatrında çıxış etdi


Rəqqas Şon Skantlberi: “Tamaşaçı alqışları bütün yorğunluğumuzu unutdurdu”

Deyirlər, hamı tərəfindən başa düşülən yeganə dil var - musiqi rəqs dili. Elə həmin dildə danışan qruplardan biri - ABŞ-ın dünyaca məşhurBattery dancerəqs qrupu srağagün Musiqili Komediya Teatrında konsert verdi. Saat 19:00-da başlayan tamaşada ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Dersi, səfirliyin əməkdaşları, mədəniyyət incəsənət xadimləri, partiya başqanları, dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. Xatırladaq ki, bu qrup sənət fəaliyyəti ilə bərabər xeyriyyəçiliklə məşğul olur.
Qrup Azərbaycana 6 rəqqasla gəlib: Pol Bləkmən, Bafana Solomon Matea, Adel LeRua Nikel, Şon Skantlberi Robin Kantrel Mayuna Şimizi. Şirkətin incəsənət məsələləri üzrə direktoru Con Holander həm qrupun rəqs müəllimidir.
Tamaşa üç hissədən ibarət idi. “Balıqqulağıadlanan birinci hissədə rəqqaslar sərbəst musiqi ilə ahəngdarlıq təşkil edən sərbəst geyimlərdə idilər. Bu lövhədə səsləndirilən musiqi şaman musiqilərini xatırladan notlar üzərində qurulmuşdu. “Mən səni oralara götürəcəyəmadlı ikinci hissədə səsləndirilən musiqidə rəqqasların hərəkətlərində Şərq rəqs musiqisinin çalarları var idi. “Ay işığı altında balıqqulağı oyunuadlı üçüncü hissə maraqlı səhnə tərtibatı ilə əvvəlkilərdən seçilirdi. Səhnə qara pərdələrlə dekorasiya edilmişdi. libaslarda rəqs edən rəqqaslar sanki qaranlığa qarşı mübarizə apararaq Xeyirin Şərə qarşı mübarizəsini simvolizə edirdi. Tamaşa başa çatandan sonra rəqqaslar alqışlarla yola salındı.
Tamaşa bitəndən sonra qrup üzvləri ilə görüşdük. Yorğun olmalarına baxmayaraq rəqqaslardan Şon Skantlberi özünün həmkarlarının adındanYeni Müsavata açıqlama verdi. O, Azərbaycan tamaşaçılarından razı qaldığını söylədi: “Səhnədə özümüzü çox gözəl hiss edirdik. Tamaşaçıların atəşin alqışları bizi həddindən artıq məmnun etdi. Bütün yorğunluğumuz yadımızdan çıxdı. Azərbaycan tamaşaçısı üçün bir şey edə bilmişiksə, özümüzü xoşbəxt sayırıq”.
ABŞ səfiri Enn Dersi tamaşa haqqında təəssüratlarını qəzetimizlə bölüşdü. Xanım diplomat tamaşadan da, tamaşaçılardan da razı qaldığını bildirdi: “Mən tamaşanı çox bəyəndim. Azərbaycandan da bu qədər insan, gənclər bəyəndi onları qiymətləndirdi. Bizim insanlar çox istedadlıdır. Bu cür rəqsləri başqa ölkələrdən olan insanlara da öyrədə bilərlər. Bu da məni çox sevindirir”.

 

Yeni Musavat.- 2008.- 14 mart.- S. 13.