Tofiq Ş.

 

Azərbaycan və Norveç muzeylərinin əlaqələri

 

Bakıda "Azərbaycan və Norveç muzeyləri arasında əlaqələr" adlı layihənin birinci mərhələsinin açılış mərasimi keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, açılış mərasimində Azərbaycandan 15, Norveçdən isə 8 muzey mütəxəssisi və bərpaçısı iştirak etmişdir. Layihədə iki ölkənin muzey işçilərinin və bərpaçı rəssamlarının təcrübə mübadiləsi, onların ixtisaslarının, bilik səviyyələrinin artırılması, qarşılıqlı məlumatlandırılması nəzərdə tutulur. Layihə Norveçin Stavanger şəhərinin arxeologiya muzeyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektoru tərəfindən həyata keçirilir.

 

Bakı.- 2008.- 5-11 mart.- S. 3.