Şərqin hikmət kitabı
Mərkəzi kitabxanada
"Qabusnamə" kitabının müzakirəsini
təşkil etdik.
Xalqımıza
məxsus milli-mənəvi dəyərləri -
adət-ənənələrimizin, dilimizin, dinimizin
öyrənilməsində bu kitabın rolu əvəzsizdir.
"Qabusnamə" dünyanın acısını-şirinini
dadmış, isti-soyuğunu ara vermədən bir hökmdarın
taxta çıxaraq başqa birisini taxtdan
saldığını görmüş, müxtəlif
təriqətlər, dini çarpışmalar, saray
çəkişmələri, ticarət
hiyləgərlikləri, insan dəllallığı, qul
alveri şahidi və iştirakçısı olmuş qoca
bir atanın öz oğluna vəsiyyəti - nəsihət
kitabıdır.
Kitabın
müqəddiməsində qoca öz oğluna belə deyir:
"Ey oğul, öz adımı bu dünyadan
köçənlər siyahısında gördükdə,
belə qərara gəldim ki, "köç naməsi
mənə çatmamış, mən sənə bir
"namə" yazım. Orada dünyanın yaxşı və
pis işlərini, dövranın düz və kəc gərdişini
təsvir edim, fürsət əldən getməmiş
yaxşı bir ad qoyum.
Ata məhəbbəti
naminə qoy o sənə bir də yar olsun (atadan oğula
yadigar olsun).
Dövrünün
elə bir məsəli yoxdur ki, "Qabusnamə"də ona
toxunmasın. Burada hər şey vardır. Allahın
tanınması, Peyğəmbərin(s) yaranması və s.
Əsərin müzakirəsində
çalışmışıq ki, əsasən
gənclərimizə Allaha inam, Peyğəmbərimizə
məhəbbət, ata-anaya hörmət və ehtiram, elmə,
sənətə, dostluğa bağlılıq hisslərini aşılayaq.
Son fəsildə
müəllifin dediyi kimi, "Özümə nəyi
bəyənmişəmsə, sənə də onu
məsləhət görmüşəm. Əgər sən
bunlardan daha yaxşısını tapsan, elə ol ki, sənin
üçün daha yaxşı keçsin, tapmasan, mənim
bu nəsihət və öyüdlərimə canla-başla
qulaq as və elə də et. Qulaq asmayıb qəbul
etməsən, məcbur deyil. Allah kimi xoşbəxt yaradıbsa,
oxuyub anlayar, çünki buradakıların
hamısını hər iki dünyanın
xoşbəxtləri üçün yazmışlar.
Əsərin qayəsi
bundan ibarətdir. Nə qədər ki, sağsan gərək
iş görüb, fəaliyyət göstərəsən,
bəlkə beləliklə, əbədilik qazanasan. Əbədilik
müvəqqətilikdən üstündür.
Əbədiliyi isə yalnız bu dünyada qazanmaq olar. Bu
dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən nə
əksən onu da biçəcəksən. Əbədilik
sarayının bünövrəsi müvəqqəti olan bu
dünyada qoyulmalıdır. Bu dünya bir ovlaqdır, sən
isə ovçu, sənin ovun da, yaxşı
əməllərin. Çalış indi yaxşılıq
elə ki, sonra xeyrini görəsən"... Hikmət dolu
"Qabusnamə"niı müzakirəsi bir daha
göstərdi ki, bu əsər gənclərimizin həyata
baxışlarının formalaşmasında
bitib-tükənməyən söz xəzinəsidir.
Şərqin hikmət xəzinəsindən
bəhrələnmək bu gün gənclərimiz
üçün çox vacibdir. İnanırıq ki, bu
müzakirə "Qabusnamə"nin oxucusunu bir daha
artıracaqdır.
Mədəni-maarif.- 2008.- № 1/2.- S. 36.