Azərbaycanın
Mədəniyyət və Tıırizm naziri Böyük
Britaniyada rəsmi səfərdə olmuşdur
AzərTAc xəbər
verir ki, Mədəniyyət və Turizm. naziri
Əbülfəs Qarayevin rəhbərlik etdiyi
nümayəndə heyəti Böyük Britaniya, Şimali
İrlandiya Birləşmiş Krallığı Xarici
İşlər Nazirliyinin dəvəti ilə bu il fevralın
23-28-dək həmin ölkədə ilk rəsmi
səfərdə olmuşdur.
Səfər
çərçivəsində Ə.Qarayev
Birləşmiş Krallığın Mədəniyyət,
Yaradıcı Sənayelər və Turizm Nazirliyi, Britaniya
Şurası, İngiltərə irsi, Visit Britn, Britaniya Muzeyi,
Viktoriya və Albert Muzeyi, Britiş Petroleum, Dünya Səyahət
Təşkilatı, Muzeylər, Kitabxanalar və Arxivlər
Şurası, Akançi, Britaniya Ekspertizası, Britaniya
kitabxanası, Arxeologiya İnstitutu, Britaniya
Məsləhətçi Xeyriyyə Tresti və Rof Qayds
Səyahət Agentliyi kimi mədəniyyət və turizm təşkilatlarının rəhbərləri ilə görüşlər
keçirmişdir.
Görüşlərdə
iki dövlət arasında mədəniyyət və turizm
sahələrində qarşılıqlı münasibətlərin
hazırkı vəziyyəti və gələcək
perspektivləri ilə bağlı müzakirələr
aparılmışdır. Respublikamızın
mədəniyyət və turizm naziri Birləşmiş
Krallığın mədəniyyət, yaradıcı
sənayelər və turizm naziri xanım Marqarit Hocla
keçirdiyi görüş zamanı Azərbaycanın
mədəniyyət və turizm imkanları haqqında
məlumat verərək ölkəmizin Böyük Britaniya
ilə bu sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verdiyini və belə əlaqələrin qurulması və
möhkəmləndirilməsi üçün ikitərəfli
əməkdaşlıq sənədinin imzalanmasına ciddi
ehtiyac duyulduğunu diqqətə çatdırmışdır.
Ə.Qarayev xanım Marqarit Hocu Azərbaycanın
təşəbbüsü ilə 2008-ci ilin noyabrında
Bakıda keçiriləcək Avropa Şurası Mədəniyyət
Nazirlərinin Konfransına dəvət etmişdir.
Xanım Marqarit Hoc
dəvətə görə təşəkkür
edərək Böyük Britaniya hökumətinin də
Azərbaycan ilə təkcə enerji və digər iqtisadi
sahələrdə deyil, həmçinin mədəniyyət
və turizm sahələrində də
əməkdaşlıq münasibətlərinin
qurulmasında və inkişaf etdirilməsində maraqlı
olduğunu diqqətə çatdırmışdır.
Görüşün sonunda hər iki nazir ölkələrimiz
arasında müvafiq sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində səylərini daha
da artıracaqlarını və lazımi tədbirlər
görəcəklərini bildirmişlər.
Görüşdə
həmçinin Britaniya muzeylərində Azərbaycan mədəniyyət
nümunələri, Britaniya turizm şirkətləri və
səyahət agentliklərinin ölkəmizin turizm
sahəsinə cəlb olunması, qarşılıqlı
rəsmi səfərlərin intensivləşdirilməsi
və s. məsələlər ətrafında fikir
mübadiləsi aparılmışdır.
Səfər
çərçivəsində keçirilən
görüşlərdə bildirilmişdir ki,
Azərbaycanın Avropaya sürətli inteqrasiyası
üçün Britaniya təcrübəsinin öyrənilməsi
və müvafiq sahələrdə təcrübə
mübadilələrinin aparılması çox vacibdir.
Bununla yanaşı, nazir Ə.Qarayev son zamanlar Böyük
Britaniyanın bəzi turizm agentlikləri tərəfindən
Dağlıq Qarabağa turizm səyahətlərinin
təşkili barədə elanların verilməsinin
yolverilməz olduğunu və həmin torpaqların
Azərbaycan ərazisi olduğu və ermənilər
tərəfindən işğal edilərək-nəzarətsiz
əraziyə çevrildiyini müvafiq təşkilatların
diqqətinə çatdırmışdır. Əlaqədar
qurumların rəhbərləri bu məsələni diqqətdə
saxlayacaqlarını və bir daha təkrarlanmaması
üçün lazımi tədbirlər
görəcəklərini bildirmişlər.
Görüşlərdə
Böyük Britaniyanın turizm agentlikləri ilə
Azərbaycanın turizm ölkəsi kimi təşviq
olunması üçün birgə layihələrin
həyata keçirilməsi istiqamətində
danışıqlar aparılmışdır.
Səfər zamanı
Ə.Qarayev, həmçinin, Azərbaycan Respublikasının
Böyük Britaniyadakı səfirliyi tərəfindən
Xocalı soyqırımı ilə bağlı təşkil
olunmuş tədbirdə iştirak etmişdir.
Azərbaycan.- 2008. 4 mart.- S. 5.