İsayev O.

 

Almaniya hökuməti AMEA-nın Mərkəzi

Elmi Kitabxanasına 5 min avro dəyərində ədəbiyyat hədiyyə etmişdir

 

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının sərgi salonunda Almaniya Xarici İşlər Nazirliyinin, Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun "İnsanlar və kitablar" birgə layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, akademiyanın və mərkəzi kitabxananın, səfirliyin nümayəndələri iştirak etmişlər.

Orta Asiya ve Şərqi Avropa ölkələrində mövcud olan aparıcı kitabxanaları almandilli elmi ədəbiyyatla zənginləşdirmək məqsədi daşıyan layihə üzrə kitabxaya birinci mərhələdə dəyəri 5 min avro olan ədəbiyyat hədiyyə edilmişdir.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, mərkəzi elmi kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli Azərbaycan və Almaniya arasında elmi-ədəbi əlaqələrin tarixindən, onun bugünkü inkişaf səviyyəsindən, hədiyyə edilən kitabların elmi əhəmiyyətindən danışmışlar.

Natiqlər bildirmişlər ki, bu gün layihənin ikinci mərhələsinə müvafiq olaraq AMEA-nın mərkəzi elmi kitabxanasına 5 min avro dəyərində elmi kitab hədiyyə edilmişdir. Hədiyyə olunan bu kitablar bizim üçün çox qiymətlidir və alimlərimiz tərəfındən səmərəli istifadə olunacaqdır. Azərbaycanın elmi ictimaiyyəti adından Almaniyanın ölkəmizdəki səfırliyinə minnətdarlıq ifadə edilmişdir.

Səfir Per Kristofer Stançina çıxışında 5 min avro dəyərində olan elmi ədəbiyyatı AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim etmək şərəfinə nail olduğu üçün özünü xoşbəxt sandığını vurğulamış, ümid etdiyini bildirmişdir ki, bu kitablar Azərbaycan elminə öz töhfəsini verəcəkdir. Bu elm ədəbiyyat ölkələrimiz arasında mədəniyyət və elmi sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir.

 

Kredo.- 2008.- 15 mart.- S. 12.