Quluyeva A.

 

Milli Kitabxanada "Maraqlı insanlarla görüş" olacaq


Son zamanlar M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətində bir sıra yeniliklər nəzərə çarpır. Bununla bağlı Kitabxananın direktoru Kərim Tahirovla görüşüb, görülən işlər barədə məlumat aldıq.

   K.Tahirov bildirdi ki, 2008-ci ildə bütövlükdə kitabxananın yenidən qurulması oxuculara daha müasir formada xidmət göstərməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdən əsas məqsəd daha çox oxucunun kitabxanaya cəlb olunmasıdır. Artıq Milli Kitabxana oxuculardan virtual kitab sifarişi qəbul edir. Bundan başqa, kitabxanada "Turizm" "Dağlıq Qarabağ" guşələri yaradılıb. Məlum məsələdir ki, hər iki mövzu Azərbaycanın müasir həyatı üçün çox aktualdır. "Turizm" guşəsində ölkəmizlə bağlı turistləri maraqlandıra biləcək materiallar yerləşdirilib. "Dağlıq Qarabağ" guşəsində isə Azərbaycanın işğal edilmiş rayonları, Qarabağ savaşı zamanı şəhid olan insanlar haqqında məlumatlar öz əksini tapıb. Bu guşələrin yaradılması ilk növbədə təbliğat məqsədilə atılan addımdır. Kitabxanada yaxın gələcəkdə daha 2 yeni guşənin təşkili nəzərdə tutulub.

   Milli Kitabxana Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə bərabər gənc yazarların yeni işıq üzü görmüş kitablarının silsilə müzakirələrini təşkil edəcək ilin sonunda münsiflər heyəti ən yaxşı 2 kitabın müəllifinin adlarını açıqlayacaq.

   Diqqəti çəkən layihələrdən biri Kitabxanada "Maraqlı insanlarla görüş" klubunun yaradılması ilə bağlıdır. Tezliklə təşkil ediləcək bu klubda nisbətən yaşlı ziyalılarla gənclərin görüşü planlaşdırılıb: "Biz 2008-ci ili "Oxucularla canlı təmas ili" elan etmişik martın sonunda Oxucu günü keçirmək niyyətindəyik. Həmin gün Kitabxananın müdiriyyəti oxucuların iradları məsləhətlərilə tanış olacaq. Çünki Kitabxananın işinin təkmilləşməsində oxucu fikri çox önəmlidir. Bu görüşlər bir növ sosioloji sorğu xarakteri daşıyacaq".

   Rəhbərlik kitabxananın beynəlxalq əlaqələrini genişləndirmək fikrindədir. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Böyük Britaniya, Niderland, Almaniya Finlandiya Milli kitabxanalarıyla əlaqələr yaradılıb, onların metodlarının öyrənilməsi tətbiqi nəzərdə tutulub. K.Tahirovun sözlərinə görə, yaxın zamanlarda Milli Kitabxananın bütün avadanlıqlarının yenilərilə əvəzlənməsi planlaşdırılıb.

 

525-ci qəzet.- 2008.- 8 mart.- S. 25,