Quliyeva Z.
Zəngin insan
O bunu kitabxanada və kitablardan qazanıb
Hər bir millətin intellektinin bünövrəsi,
özülü kitabxanadan
başlayır. Çünki insanların illərlə
yaratdıqları, qazandıqları
təcrübə və
biliklər məhz kitabxanalarda toplanır, qorunub saxlanır və gələcək nəsillərə çatdırılır.
Kitabxanadan söz düşəndə respublikamızda
ilkin olaraq M.F.Axundov adına
Milli Kitabxana yada düşür. Hər gün 1500-1600 oxucuya eləcə
də müxtəlif sahənin mütəxəssislərinə
xidmət etmək burada çalışanlardan
həm böyük məsuliyyət, həm mədəniyyət, həm
də savad tələb edir. Sözün əsl mənasında, gərək bunun üçün öz sənətinin fədaisinə
çevriləsən. 28 ildir bu dəyərli xəzinənin
tən ortasında çalışan fədailərdən
biri də əvvəlcə Komplektləşdirmə
şöbəsində kitabxanaçı,
sonra böyük kitabxanaçı, bölmə
müdiri, 1994-cü ildən
isə Kitabsaxlayıcı
şöbənin müdiri
vəzifəsini icra edən Xuraman İsmayılovadır. Öz
sənətinə vurğunluğu
bu xanımı kitablara elə bağlayıb ki, söz düşəndə
deyir: "Qalmışam
kitabla dost arasında və həmişə də kitabdan yapışmalı olmuşam.
Çünki dostlardan etibarsızlarını
da görmüşəm.
Kitabdan isə heç vaxt. Uzun illər ən az
maaşla işləmişəm.
Yüksək maaşlı işə
dəvət alsam da, getməmişəm.
Bu haqda fikirləşəndə
gözümün önünə
Yeri gəlmişkən, xatırladaq
ki, Xuraman xanımın bu dəyərli söz xəzinəsindəki aramsız
mütaliələri nəticəsiz
qalmayıb. Bu qiymətli
xəzinədə onun
da yaradıcılığı
özünə yer tapıb. Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliklərinin
üzvüdür. "Həsrət", "Qəribəm
bu dünyada",
"Dünya mənsiz
darıxacaq", "Tənha
yollar yolçusu",
"Duyğuların
üsyanı", "Qarabağım,
qəm ocağım",
"Könlüm Qarabağdadı"
adlı kitabların,
100-dən artıq elmi-publisistik
məqalənin müəllifidir. Hazırda "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası müstəqillik
illərində (1990-2005)" mövzusunda dissertasiya üzərində işləyir.
"Məhsəti" şair qadınlar məclisinin və Dünya Azərbaycanlıları
Qadınlar Şurası
İdarə Heyətkıin
üzvü, "Həmidə"
məcburi köçkün
qadınlar cəmiyyəti
sədrinin müavinidir.
Yaradıcılığından söz düşəndə
Xuraman xanımın dərin bir niskili üzə çıxır. "Uşaqlığımın, gəncliyimin
şirin xatirələri
qalan, ana qucağım - isti ocağım Qarabağı
itirəndən sonra şeir yazmağa başlamışam. Bir də
ayıldım ki, məni şair-publisist kimi tanıyırlar" -
deyir.
Ümidlərim baxtadı,
Ruhum dağda-bağdadı,
Canım həsrət odunda
Könlüm Qarabağdadı.
Könlünüzün məkanına
qovuşasınız, Xuraman
xanım, sizə çətin və məsuliyyətli işinizdə
uğurlar diləyirik!
Azərbaycan.- 2008.- 8 mart.- S. 8.