Milli Kitabxana Avropa Elektron Kitabxanasına üzv olur

Dünya Azərbaycan oxucularının üzünə açılacaq

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxana Avropa Elektron Kitabxanasına üzv olur. Bununla bağlı olaraq kitabxana direktoru Kərim Tahirov martın 25-də Niderlanda gedəcək. K.Tahirov “Olaylar”a Niderlandın Qaqa şəhərində keçiriləcək mərasimdə Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanın milli kitabxanalarının Avropa Elektron Kitabxanasına qəbulunun bəyan olunacağını bildirib: "Avropa Elektron Kitabxanasına 27 ölkə daxildi. Yeni üzvlər Niderlanddakı mərasimdə açıqlanacaq. Bundan sonra Azərbaycan bütün dünya üçün, dünya isə Azərbaycan üçün açıq olacaq. Yəni oxucu Avropaya aid materialları Avrora Elektron Kitabxanası vasitəsilə əldə edə biləcək".

Aprelin 1-dən etibarən vertual oxucular Avropa Elektron Kitabxanasından istifadə edə biləcəklər. K.Tahirov onu da bildirib ki, Milli Kitabxananın üzvlük haqqı 2012-ci ilə qədər İsveçrə İnkişaf Agentliyi tərəfindən ödəniləcək. 2012-ci ildən sonra isə kitabxana özü üzvlük haqqını ödəyəcək.

 

Paritet.- 2008.- 20-30 mart.- S. 10.