Səfərov İ.
Azərbaycan elminə
xidmətin bariz nümunəsi
Bilik mənbəyi olan
kitabın nəşri həmişə sevinclə
qarşılanır. Başqa sahələrdə olduğu kimi
Azərbaycan kitab nəşri, ölkənin informasiya
təminatında da irəlidə gedən
ölkələrdən biridir. Bu sahədə kitabxanaların
da rolu ildən-ilə artmaqdadır.
Yenicə işıq
üzü görmüş "Müaşir Azərbaycanda
elmin informasiya təminatı və kitabxanlar" adlı
monoqrafiyada kitabxanaların modernləşdirilməsi,
informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması
bütövlükdə cəmiyyətin və elmi-informasiya
təminatı, beynəlxalq elmi əlaqələrin
yaradılması ilə başqa məsələləri
özündə əks etdirən ilk fundamental əsərdir.
Kitabın
müəllifi filologiya elmləri namizədi, AMEA Mərkəzi
Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Elmi redaktor əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma
akademiyasının həqiqi üzvü, tarix elmləri
doktoru, professor Abuzər Xələfovdur.
Ulu öndərimiz
Heydər Əliyev M.F.Axundov adına milli kitabxanada
keçirilən "Vətənə, dövlətə,
xalqa sədaqət andı" kitabının təqdimat
mərasimində kitabı və kitabxana işini yüksək
qiymətləndirmişdir. "Kitab nəşri hər bir
ölkənin, xalqın mədəniyyətində,
ümumiyyətlə mədəni ictimai həyatda
çöx görkəmli yer tutur. Hər birimiz ilk
növbədə ancaq kitab vasitəsilə təhsil, elm
almışıq həyatda yaşamaq fəaliyyət
göstərməyə hazırlaşmışıq. Ona
görə də hər birimiz kitablara borcluyuq... Kitabxana xalq,
millət üçün, eəmiyyət üçün
müqəddəs bir yer mənəviyyat, bilik, zəka
mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət
xalqımızın mənəviyyatını nümayiş
etdirən amillərdən biridir".
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu
yaxınlarda imzaladığı "Azərbaycan kitabxana
fəaliyyətinin yaxşılaşdırılması
haqqında" sərəncamda Azərbaycan Milli Elmlər
Akademiyası Mərkəzi Elmi Kitabxanası üçün
dünya standartlarına uygun yeni binanın tikintisi
barədə çox minlik oxucuların, elm adamlarının,
eləcə də kitabxana kollektivinin sevincinə səbəb
olmuşdur.
"Müasir
Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar"
monoqrafiyası müvafiq sərəncamdan sonra kitabxanaların
modernləşdirilməsi, informasiya və kommunikasiya
texnologiyaları ilə təmin olunması,
bütövlükdə cəmiyyətin və elmin informasiya
təminatı, beynəlxalq elmi əlaqələrin
qurulması kimi məsələlərə yanaşmanı
özündə əks etdirən ilk kitabdır.
Kitabın ön
sözündə professor A.Xələfov yazır ki, müasir
dövrdə hər bir kitabxanaya, kitabxanaçıya,
ziyalıya gərəkli olan materiallar öz əksini
tapıb: müəllif ənənəvi kitabxananı
müasir kitabxanaya çevirmək üçün ən son
bilgiləri, elmi yanaşmaları, elmin operativ informasiya
təminatı üçün kitabxanaların
üzərinə düşən vəzifələri,
"yeni dövrün kitabxanası adı ilə
fəaliyyət göstərmək istəyən
kitabxanaların hansı tələblərə cavab verməli
olduğunu, elektron kataloq və elektron kitabxana quruculuğu
işindəki problemləri və onların həlli
yollarını öz araşdırmalarının obyektinə
və predmetinə çevirib.
Kitabxanalar yeni informasiya
texnologiyalarının imkanlarından istifadə etməklə
yaranmaqda olan informasiya-biliklər cəmiyyətinin ayrılmaz
bir hissəsinə çevrilir. Biliklər cəmiyyətnin
inkişaf etdiyi bir dövrdə kitabxanaların işini
yaxşılaşdırmaq, onların sosial elmi, təhsil
funksiyalarını genişləndirmək, kitabxanaları modernləşdirmək
üçün elmi yanaşmanın, araşdırmaların,
fikir mübadilələrinin, elmi kommunikasiyaların
nəticəsinin ictimailəşdirilməsinə böyük
ehtiyac var. Oxucuların ixtiyarına verilən bu kitab müasir
dövrdə bütövlükdə cəmiyyətin və
elmin informasiya təminatı, kitabxanaların beynəlxalq elmi
əlaqələrin qurulması kimi məsələləri
özündə əks etdirir.
Keçən əsrin
20-ci illərində əsası qoyulmuş Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanası 80 ildən
artıq bir dövr ərzində olduqca intensiv inkişaf
edərək müasir dövrdə elmimizin mühüm
infrastrukturunun ayrılmaz tərkib hissəsi kimi onun
inkişafına səmərəli təsir göstərən
elmi informasiya mərkəzinə çevrilmişdir. Hər il
bu kitabxanadan 40 mindən artıq oxucuya 2,5-3 milyon nüsxə
Azərbaycan, rus və digər dillərdə ədəbiyyat
verilir.
Mərkəzi Elmi
Kitabxananın beynəlxalq əlaqələri alimlərimizin
dünya elmi-texniki fikrinin nailiyyətləri ilə
tanış olmaqda, eyni zamanda Azərbaycan elminin dünya
miqyasında təbliğ edilməsi və yayılmasında
mühüm vasitədir.
"Azərbaycan elminin
layiqli qarantı" məqaləsində deyilir ki, Milli
Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş
təntənəli yığıncaqda Azərbaycan Prezidenti
İlham Əliyevin "Azərbaycan elminin inkişafına
dövlət qayğısı daha da
artırılacaqdır" mahiyyətli
çıxışı ölkə başçısı
tərəfindən elmimizə verilən ən dəyərli qiymət
oldu. O, çıxışında demişdi ki, Azərbaycan
Milli Elmlər Akademiyası bu gün çox yüksək
səviyyədədir. Çalışmalıyıq ki,
gələcəkdə öz işimizlə akademiyaya kömək
göstərək, onun bütün məsələlərini
həll edək və Azərbaycan elminin yüksək
inkişafına nail olaq.
Mərkəzi Elmi Kitabxana
Azərbaycanın görkəmli ziyalıları
N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və
başqalarının təşəbbüsü və
yaxından köməyi ilə 1923-cü ildə təşkil
edilmiş "Azərbaycan Tədqiq və Tədəbbö
cəmiyəti"nin nəzdində yaradılmışdır.
1924-cü ildə
Cəmiyyətin nəzdində yaradılan "Biblioqrafiya
bürosu" MEK-in təşəkkülü
üçün ilkin baza olmuşdur. 1925-ci ildə
Cəmiyyətin ilk iclaslarının birində kitabxananın
yaradılması haqqında qərar qəbul edilir.
Kitabxananın ilk rəhbəri Hənəfi Zeynallı
olmuşdur. Daha sonra kitabxanaya müxtəlif illərdə
S.M.Yəhyazadə, Y.İ.Tahirov, N.F.Axundov, R.A.Kazımov,
M.M.Həsənova, E.T.Əfəndiyev rəhbərlik
etmişlər. Hazırda bu kitabxanaya A.Əliyeva-Kəngərli
rəhbərlik edir.
"Heydər Əliyev
irsinin toplanması, tədqiqi və təbliği" bölümündə
"Kitabxana fövqündə fonomenal nur",
"Azərbaycan dövlətçiliyi və Heydər
Əliyev kitabxanası" və "Heydər Əliyev irsi
xalqımızın əbədiyyət salnaməsidir"
mövzuları işıqlandırılır.
"Azərbaycan
dövlətçiliyi və Heydər Əliyev
kitabxanası" 2003-cü ilin may ayında, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 80 illiyi
ərəfəsində Mərkəzi Elmi Kitabxananın
nəzdində yeni bir qurum, mətbuatda deyildiyi kimi
"Kitabxana içində kitabxana" fəaliyyətə
başlamışdır. Dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin zəngin irsinə, siyasi, diplomatik
fəaliyyətinə həsr olunmuş ədəbiyyata oxucu,
tədqiqatçı marağı və
tələbatını ödəmək məqsədilə
yaranan bu kitabxanada istər Heydər Əliyevin öz
əsərləri, istərsə də onun haqqında,
Azərbaycan dövlətçiliyi haqqında zəngin
materiallar toplanıbdı.
Azərbaycan Milli
Elmlər Akademiyasının Prezidenti Mahmud Kərimov
"Azərbaycan dövlətçiliyi və Heydər
Əliyev kitabxanası" açılışında
demişdir: "Heydər Əliyev hakimiyyətə
gələnə qədər bəzi ünsürlər
Akademiyanı ləğv etmək, XX əsrdə ən
böyük nailiyyətlərimizdən olan elmi potensialımızı
dağıtmaq, yolunu tutmuşdular. Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə bu "təşəbbüs"ün
qarşısı alındı, Akademiyaya "Milli" status
verilməklə onun imkanları daha da genişləndirildi. Bu
gün Mərkəzi Elmi Kitabxanada milli öndərin adına
ayrıca guşə ayrılması və oranın ən yeni
avadanlıqla, sanballı, gözəl ədəbiyyatla,
dövlət başçımızın həyat və
fəaliyyətinin əks etdirən fotoalbomlarla, elektron
kataloqla təchiz edilməsi rəhbərə olan sevgi və
ehtiramın təcəssümüdür."
"Ənənəvi kitabxanadan
elektron informasiya mərkəzinə doğru" yazıda
çox vacib məsələlərə toxunulub. Yeni texniki
inqilab bütün sahələrdə olduğu kimi
kitabxanalarda da dünya standartlarına doğru islahatların
həyata keçirilməsini zəruri etmişdir. Odur ki,
müasir kitabxanaların iş meyarlarını səciyyələndirən
amillərə (informasiyanı qəbul etmək və
ötürmək, elmi idarəetmə, kadr təsnifatını
müasirləşdirmək) müasir avtomatlaşdırma
vasitələrindən istifadə etmək kimi proseslər
daxil olmuşdur. Bu sanballı əsər kitabxana
işçilərinin, alimlərimizin,
ziyalılarımızın ən gərəkli
vəsaitinə çevriləcək, elmin informasiya
təminatında dəyəli töhfə olacaqdır.
Respublika.- 2008.- 14 mart.- S. 12.