Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1.
Azərbaycan Respublikasında mədəniyyət incəsənət sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Axundov Ramiz Həbib oğlu
Baliyev Yuri Nikolayeviç
Dadaşov Rafael Məlik oğlu
Əhədzadə Elxan Yəhya oğlu
Əliyeva Mədinə Vaqif qızı
Kərim Məcnun Təbriz oğlu
Məmmədov Ramiz Heydər oğlu
Məmmədzadə Siyavuş İmran oğlu
Perlova İrina Aleksandrovna
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2008-ci il

 

                  Xalq qəzeti.- 2008.- 8 may.- S. 2.