ABŞ-ın Florida ştatında Azərbaycanın ümummilli li­de­ri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gecə ke­çi­ril­mişdir

 

ABŞ-ın Florida ştatının Mayami şəhərində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gecə keçirmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, gecədə Mayamidə yaşayan azərbaycanlılar, türk yəhudi diasporlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova ulu öndər Heydər Əliyevə həsr olunmuş fotosərgini Mayamidə rus dilində çıxan həftəlikExpress-Kurierqəzetində çap olunmuş məqaləni qonaqlara təqdim etmişdir.
Gecədə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşmüşlər. Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Xalq qəzeti.- 2008.- 14 may.- S. 6.