Bədəlov Ə.

 

Fransada erməni soyqırımı qurbanları abidəsi təhqir olunub

 

Ermənilər guya türklər tərəfindən soyqırımına məruz qalmaları barədə beynəlxalq aləmdə hay-küy salsalar da, hələ ki, heç nəyə nail ola bilməyiblər. Artıq onların yalanlarına inanan yoxdur. Bəzi ölkələrin parlamentləri qondarmaerməni soyqırımının tanınması barədə qərar qəbul etsələr , tarixi faktlarla yaxından tanış olduqdan sonra belə bir qərara görə təəssüfləndiklərini bildiriblər. ABŞ konqresmenlərinin bir qrupunun erməni soyqırımı barədə hazırlanmış qərar layihəsinə atdıqları imzanı sonradan geri götürmələri barədə bəyanat vermələri zamanı da əsl gerçəkliyin dərk edildiyinin şahidi olduq.
Erməni lobbisinin təsir vasitələrinin güclü olduğu ölkələrdə qondarmaerməni soyqırımıqurbanlarının xatirəsinə ucaldılmış abidələr son vaxtlar ya dağıdılır, ya da təhqir olunur. Bu fakt da təsdiqləyir ki, artıq dünya ölkələri erməni yalanından cana doyub. Ona görə onların yalanlarını əks etdirən abidələr dağıdılır.
Yaxın günlərdə, may ayının 15- Fransanın Volens şəhərində belə bir hadisə baş verib. Bu ölkədə yaşayan müstəqil jurnalist Jan Ekiyanın yaydığı məlumatda bildirilir ki, Volnes şəhərindəerməni soyqırımı qurbanlarıabidəsinin postamentinə qara rənglə təhqiramiz sözlər yazılıb. Postamentdə daha sonra yazılıb ki, ermənilər heç vaxt soyqırımına məruz qalmayıblar. Onlar özləri soyqırımı törədiblər. Jurnalist bildirib ki, postamentdə yazılmışErmənilər vəhşidir, quldurdur. Bu xalq qəddardır, hiyləgərdircümlələri kənardan diqqəti cəlb edir.
J.Ekiyanın yaydığı informasiyada qeyd olunub ki, “erməni soyqırımıqurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması birinci hadisə deyil. 2008-ci ilin yanvarından bu vaxta qədər bu, 7-ci biabırçı hadisədir. Fransanın Sen-Şamon, Kreteyle, Lion, Volens, Kardif şəhərlərində, Macarıstanda Lvovda qondarmaerməni soyqırımıqurbanlarının xatirəsinə ucaldılmış abidələr yerli sakinlər tərəfindən dağıdılıb təhqir olunub.
Bütün bunlar bir daha təsdiqləyir ki, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri artıq iflasa uğrayır. Onların türklər tərəfindən soyqırımına məruz qalmaları haqqında yalanlarıayaq tutsa da, yeriyə bilmədi”.

Xalq qəzeti.- 2008.- 21 may.- S. 7.