Bakıda möhtəşəm gül bayramı

 

Mayın 10-da paytaxt sakinlərinin və qonaqlarımızın sevimli istirahət yeri olan Heydər Əliyev adına Sarayın qarşısındakı park möcüzəli gül bağına çevrilmişdi. Burada ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar gül bayramı təşkil olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən danışan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iftixar hissi ilə bildirmişdir ki, q
ədirbilən xalqımız dahi rəhbərimizin xidmətlərini heç vaxt unutmayacaqdır. İnsanların Heydər Əliyevə olan sonsuz məhəbbətini müxtəlif formalarda nümayiş etdirdiklərini diqqətə çatdıran icra hakimiyyəti başçısı qeyd etmişdir ki, gül bayramında iştirak edən yaradıcı şəxslərin, tələbə məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri xalqımızın böyük oğluna olan tükənməz sevgisinin bariz nümunəsidir.
Bayrama gələnlərin diqqətini ilk olaraq parkın mərkəzindəki müstəqil dövlətimizin xilaskarı qurucusunun, xalqımızın dahi oğlunun əzəmətli abidəsi özünə cəlb edirdi.
Güllərlə bəzədilmiş abidənin postamentində milli ornament - buta öz əksini tapmışdır. Abidənin ətrafında gözəl çiçəklərdəntoxunanxalçada da ümummilli liderin portreti əks olunmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bayramda qurulan kompozisiyalar, İtaliya, Fransa Hollandiyadan gətirilmiş gül-çiçəkdən hazırlanmış rəngarəng tablolar öz görünüşü ifadəliyi ilə diqqəti cəlb edir, gözəlliyin, insan təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradırdı.
Burada ətirli güllərdən hazırlanmış dövlət rəmzləri, yazın gəlişinə həsr olunan rəsm əsərləri, nadir ağaclar nümayiş etdirilmiş, bəzək bitkilərindən, qurudulmuş bitki kollarından istifadə olunmaqla yaradılmış eksponatlardan ibarət sadə v
ə eyni zamanda orijinal modern üslubda kompozisiyalar qurulmuşdur. Hər tərəf al-əlvan bahar ətirli güllərə qərq olmuşdur. Çiçəklərdən hörülmüş zövqoxşayan mənzərələr insanların çöhrələrində təbəssüm oyadırdı.
Müxtəlif gül kompozisiyalarından, pannolardan, şəkil plakatlardan, əl işlərindən ibarət
sərgilər gül bayramına gələnləri dönə-dönə ayaq saxlamağa vadar edirdi. Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin 85 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir gül çələngində, əl işlərinin mövzu kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun xatirəsinə ehtiram səmimiyyət hissləri qabarıq gözə çarpırdı.
Öz
nəvələri ilə bu möhtəşəm gül bayramına gələn Nərgiz nənə təəssüratını belə bölüşmüşdür: “Gül bayramı ölkəmizi gülüstana çevirən ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə xalqın kiçik hədiyyəsidir. Gül baharın gəlişi, gözəllik rəmzidir. Gül bayramı bütün dünyaya sülh, azadlıq, ədalət gətirmək, insanlar arasında sevgi, dostluq münasibətləri yaratmaq üçün əla vasitədir. Qoy, doğma Azərbaycan həmişə çiçəklənsin!”
Səhər saat 8-dən başlanan gül bayramına gələnlər, mahir sənətkarların canlı ifalarının sədaları altında dünyanın 150-dən çox ölkəsindən gətirilən dibçəkdə əkilən, ən nadir güllərlə tanış olmaq imkanı qazanmışlar.
Bayramda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, tanınmış ziyalılar, respublikamızın müxtəlif rayon şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları iştirak etmişlər.

 

Xalq qəzeti.- 2008.- 11 may.- S. 4.