Bayramov O.

 

Ankaradakı Heydər Əliyev parkında anma mərasimi keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə Türkiyə paytaxtında ulu öndərin adını daşıyan parkda Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, siyasi partiyaların nümayəndələri, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə anma mərasimi keçirilmişdir.
Mərasimdə həmçinin Türkiyə Odalar Birjalar Birliyinin dəvəti ilə Ankarada səfərdə olan bir sıra ölkələrin adamları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, paytaxtdakı Heydər Əliyev məktəbinin şagirdləri iştirak etmişlər.
Ulu öndərin əzəmətli heykəlinin qarşısına Azərbaycanın Ankaradakı səfirliyi müxtəlif qurumların adından əklil qoyulmuşdur.
Daha sonra Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov diplomatik missiyanın ulu öndərin adını daşıyan məktəbin şagirdləri arasında "Heydər Əliyev müstəqillik" mövzusunda təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərinə fəxri diplomlar hədiyyələr təqdim etmişdir.
Ulu öndərin yubileyi Türkiyənin İzmir şəhərində qeyd edilmişdir. Konak rayonu bələdiyyəsinin mədəniyyət mərkəzində Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə "Heydər Əliyev İzmirdə" fotosərgisi anma mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin 1992-ci ilin iyununda Naxçıvan Ali Məclisinin sədri olarkən İzmirə səfərindən, 1997-ci ilin mayında isə Azərbaycan Respublikasının Prezidenti kimi burada keçirdiyi görüşlərdən ətraflı bəhs edilmişdir.

Azərbaycan.- 2008.- 11 may.- S. 5.