Bayramov O.
Türkiyənin
Ceyhan şəhərində Heydər Əliyev Muzeyi
açılmışdır
Mayın 14-də
Türkiyənin Ceyhan şəhərində Heydər
Əliyev Fondunun dəstəyi ilə yaradılmış
Heydər Əliyev Muzeyinin açılış mərasimi
olmuşdur.
Mərasimdən əvvəl Bakıdan gəlmiş qonaqlar
və Ceyhan bələdiyyəsinin üzvləri
Azərbaycan-Türkiyə Qardaşlıq parkında Heydər
Əliyevin abidəsinin önünə gül qoymuşlar.
Mərasimdə çıxış edən Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsi sədrinin
müavini Valeh Hacıyev bildirmişdir ki, ulu öndər
Heydər Əliyevin neft strategiyasının ən
gözəl nümunəsi olan Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri Türkiyə və Azərbaycan
arasında qardaşlıq körpüsü olmuşdur. Burada
fəaliyyət göstərəcək Heydər Əliyev
Muzeyi türk dünyasının dahi şəxsiyyətin
xatirəsinə ehtiramının daha bir əlamətidir.
Ceyhan şəhərinin bələdiyyə başqanı
Hüseyn Sözlü BTC boru kəmərinin bölgənin
iqtisadi-sosial inkişafında böyük
əhəmiyyətindən bəhs etmişdir.
Ceyhan bələdiyyəsinin nümayəndələri,
Azərbaycanın Türkiyədəki səfiri Zakir
Həşimov, İstanbuldakı baş konsulu Səyyad Aran
muzeyin eksponatları ilə tanış olmuşlar.
Heydər Əliyev Fondunun muzeyə təqdim etdiyi 162
fotoşəkil və ulu öndərin həyat və
fəaliyyətindən bəhs edən kitablar mərasim
iştirakçılarında böyük maraq
doğurmuşdur.
Mərasimdən sonra
Azərbaycan-
Azərbaycan.- 2008.- 16 may.- S. 6.