Bədəlov Ə.
Heydər
Əliyev və Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının inkişafı
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda informasiya-komunikasiya texnologiyalarının
inkişafı” mövzusunda
yığıncaq keçirilmişdir.
Yığıncağı Dövlət
İdarəçilik Akademiyasının
rektoru, əməkdar elm xadimi, professor
Seyfəddin Qəndilov
açaraq tədbir iştirakçılarını salamladı, ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində
ölkəmizdə gördüyü
işlərdən, onun
zəngin təcrübəsindən danışdı. Natiq qeyd etdi
ki, hazırda respublikamızın hər
yerində, o cümlədən Dövlət
İdarəçilik Akademiyasında
ulu öndərin 85 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Akademiyanın əməkdaşları
bu tədbirlərdə
fəal iştirak edir və qonşu
Gürcüstanda keçiriləcək
yubiley tədbirlərinə
də qatılacaqlar. Son illərdə informatika və kommunikasiya texnologiyaları
sahəsində görülmüş
bir çox işlər nəticəsində
ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Təməli
ulu öndər tərəfindən qoyulmuş
bu uğurların qazanılmasında ölkə
Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi fikir verməsi diqqətə çatdırıldı.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformatika
Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, texniki elmlər doktoru, professor Rasim Əliquliyev çıxış edərək,
İKT-nin inkişafı
və hərtərəfli
tətbiqi sahəsində
Azərbaycanda bir çox nailiyyətlər
əldə olunduğunu
qeyd etdi. O, hazırda elektron hökumətdən tutmuş
iqtisadiyyatın bütün
sahələrini əhatə
edən “Elektron Azərbaycan” Dövlət
Proqramının həyata
keçirilməsi barədə
geniş məlumat verdi. DİA-nın
İnformasiya Texnologiyaları
Mərkəzinin müdiri,
fizika-riyaziyyat elmləri
doktoru, professor Azad Abbaszadə bu sahədə həyata keçirilmiş
tədbirlərdən və
gələcək dövlət
məmurlarına informasiya
texnologiyaları öyrənilməsinin
vacibliyini vurğuladı.
DİA-da YAP-nın sədri Mayil Əliyev ümummilli lider Heydər Əliyevin başçılığı
ilə yaradılmış
bu partiyanın ölkəmizin ictimai-siyasi
həyatındakı rolundan
danışdı. Sonra
partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük
vəsiqələri təqdim
olundu.
S. Qəndilov bildirdi ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində ulu
öndərin irsinin təbliğində fərqlənmiş
Dövlət İdarəçilik
Akademiyasının əməkdaşlarından
professor Azad Abbaszadə, dosentlər Mustafa İsgəndərzadə,
Musa Quluzadə, aspiranturanın II kurs tələbəsi Cavid Bədəlov, prezident
təqaüdçüsü, tələbə Ruslan Cumayev və Akademiyanın Tələbə-Elmi Cəmiyyətinin sədri İsfəndiyar Hacıyev rektorluğun fəxri fərmanı ilə təltif olunmuşlar. Sonra o, təltif olunanlara fəxri fərman və gül dəstəsi təqdim etdi.
Xalq qəzet .- 2008.- 7 may.-
S. 9.