Bişkekdə ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əla­qə­dar böyük mərasim keçirilmişdir

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyi Qırğızıstan Milli Filarmoniyasında Heydər Əliyevin 85 illiyi ilə əlaqədar mərasim keçirmişlər.
Mərasimdə Azərbaycan Milli Məclisinin deputatları Nizami Cəfərov, Gülər Əhmədova, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin başçısı İsmayıl Ağayev, professor Vaqif Arzumanlı, Aqil Hacıyev, Qırğızıstan Prezidentinin müşaviri Bolot Şəmşiyev, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qırğızıstanın dövlət himnləri səsləndikdən sonra Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondunun sədri Nüsrət Məmmədov mərasimi açaraq ulu öndər Heydər Əliyevin dünya siyasətindəki mövqeyindən danışmışdır.
Nizami Cəfərov bildirmişdir ki, "Manas" Çingiz Aytmatovun ölkəsində, bu qədim türk diyarında Heydər Əliyevin yubileyinin belə yüksək səviyyədə keçirilməsi bizim üçün böyük şərəfdir. Natiq demişdir ki, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Heydər Əliyev ancaq ölkəmizdə deyil, bütün türk dünyasında sevilir biz Bişkekdə bunun bariz nümunəsini gördük.
Çingiz Aytmatov demişdir ki, Heydər Əliyev öz dövrünün ən böyük siyasi xadimlərindən biri olmuşdur. Məhz respublikanın ən çətin bir vaxtında xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev ölkəni xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Sonra görkəmli ədib ulu öndərlə bağlı xarirələrini danışmışdır.
Bolot Şəmşiyev, İsmayıl Ağayev, Bişkekdəki "Azəri" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Allahverdiyev başqaları ümummilli lider Heydər Əliyevə xalq məhəbbətindən söhbət açmış, onu türk dünyasının ən böyük simalarından biri adlandırmışlar.


Azərbaycan.- 2008.- 11 may.- S. 9.