BMT-nin poçt administrasiyası ümummilli lider Heydər Əliyevin 85, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə poçt markaları çap etdirmişdir

 

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar poçt markaları çap edilmişdir. Hər bir marka iki hissədən ibarətdir. Markanın sol hissəsində BMT-nin emblemi, təşkilatın qısa adı, yuxarı sağ küncündə satış qiyməti (90 cent) BMT-nin Poçt Administrasiyasının ilk dəfə bu dizaynda BMT markalarını çap etdiyi ili göstərən 2007 rəqəmi əks edilmişdir. Markanın sağ hissəsində müvafiq olaraq ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Prezidenti İlham Əliyevin fotoportretləri verilmişdir.

Təsvirlərin aşağı hissəsində müvafiq olaraq "Heydar Aliyev, National Leader of Azerbaijan", digərində isə "İlham Aliyev, President of the Republic of Azerbaijan" sözləri yazılmışdır.

 

Respublika.- 2008.- 16 may.- S. 7.