Bünyadov M.

 

Dəyişməyən böyük yol

 

Ümummilli lider Heydər Əliyev dünya siyasətçiləri arasında müdrik siyasətçi kimi böyük nüfuz qazanmışdır. Respublika iqtisadiyyatının inkişafında qazanılan böyük uğurlara, eləcə keşməkeşli illərdə, müstəqilliyimizin qorunmasında, ümumilikdə bütün tarixi nailiyyətlərə görə Heydər Əliyevə daim minnətdar olacağıq. Ulu öndər barəsində saatlarla danışmaq olar. Bu böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin çərçivəsi yoxdur.
Millətini, vətənini canından artıq sevən, onun yolunda hər cür çətinliyə sinə gərən, ömrünü belə qurban verməyə hazır olan Heydər Əliyev həm sözün əsl mənasında Azərbaycan mədəniyyətinin əvəzsiz himayədarı idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr mədəniyyət işçilərinin yaddaşında çoxsaylı beynəlxalq miqyaslı festivallar, baxışlar, mədəniyyət ongünlükləri müsabiqələrlə əbədi həkk olunmuşdur. Bu, faktdır ki, ulu öndərin diqqəti nəzarəti altında milli incəsənət mədəniyyət xadimlərimiz məsuliyyətli sınaqlardan uğurla keçərək öz peşəkarlıqlarını, istedad bacarıqlarını daha da yüksək zirvələrə ucaltmağa nail olmuşlar. Azərbaycan sənətçiləri əməklərinə verilən qiymətin ilk sevincini, fəxri adların şöhrətini məhz Heydər Əliyevin sayəsində duymuşdular. Bəllidir ki, keçmiş SSRİ- xalq əməkdar artist fəxri adlarına layiq görülmək çox çətin idi. Bu təltiflərin təsdiqinə uzanan yollar bəzən ziddiyyətli münasibətlərlə üzləşirdi. Dəfələrlə deyilib sübuta yetirilib ki, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Adil İsgəndərov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Tofiq Kazımov, Həsən Turabov başqaları respublikamızın şöhrətini, onun milli mədəni nümunələrini dünyanın bütün ölkələrində ləyaqətlə tərənnüm edirdilər. Keçmiş Sovetlər Birliyinin tərkibində olan müttəfiq respublikalar arasında Azərbaycanın mədəniyyət işçiləri çox fərqlənirdilər. Onlar həm dünya mədəniyyətinə əbədiyaşar əsərlər təqdim edir, həm zəhmətlərinin müqabilində yüksək ad-san, təbrik, mükafat qazanırdılar. Azərbaycan mədəniyyəti sanki o illərdə bir lider rolunda çıxış edirdi. Bütün bu nailiyyətlərin Azərbaycanın ünvanına yazılmasında ən gərgin zəhməti çəkən, cəsarətli addımların qərarların sahibi olan məhz ulu öndər Heydər Əliyev idi.
Heydər Əliyevin bir məqsədi var idi ki, Azərbaycan mədəniyyətinin uğurlu nümunələri yalnız respublikanın səhnələrində, tamaşa salonlarında donub qalmasın. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin tanınması üçün hərtərəfli mübadilələrin qurulmasına xüsusi fikir verən Heydər Əliyevin təşəbbüsü ilə ən məşhur teatrların kollektivi, yaradıcı heyəti tez-tez Bakıya qastrol səfərlərinə gəlirdi. Bunun qarşılığı kimi Azərbaycanın incəsənət ustaları keçmiş Sovetlər Birliyinin dünyanın məşhur teatrlarında öz yaradıcılıqlarını məharətlə nümayiş etdirirdilər. O dövrdə "Bolşoy Teatr", "Malı Teatr", Vaxtanqov, Satira, Sovremennik, Mossovet kimi dünya şöhrətli teatrların kollektivləri Azərbaycan tamaşaçıları qarşısında məmnuniyyətlə çıxış edirdilər. Etiraf edim ki, biz indi həmin xoş münasibətlərin, əlaqələrin bəhrəsini dadırıq. Bu yaxınlarda Rusiyanın müxtəlif şəhərlərində qastrol səfərlərində olduq. Bilirsiniz teatr rəhbərlərinin birinci sözü nədən ibarət olur? "Siz Heydər Əliyevin vətənindən gəlmisiniz. Bizim sizin sənətinizə böyük hörmətimiz var". Heydər Əliyev bəşəri duyğularla yaşayan insan idi. Bu səbəbdən mədəniyyət aləminə xüsusi diqqətlə yanaşırdı. O, insanlığın ucalığını həmişə qarşılıqlı mədəni görüşlərin qovuşuğunda görürdü. Bu sahədə çalışanlara diqqətlə, həssaslıqla yanaşırdı. Sovet İttifaqının Nazirlər Komitəsində çalışdığı vaxtlarda da təkcə doğma Azərbaycanının mədəniyyət xadimlərinə deyil, bütün ölkənin qabiliyyətli, istedadlı insanlarına yardım əlini uzatmışdı.
Bəzən ötən əsrin 70-ci illərini "teatrın intibah dövrü" adlandırırlar.
Məhz bu intibahın ilhamvericisi, himayədarı Heydər Əliyev idi. Heydər Əliyevin Akademik Milli Dram Teatrına həmişə xüsusi diqqəti qayğısı olub. Yadımdadır, Ümumittifaq "Dostluq" teatrının xətti ilə bir çox sənət ustaları ilə birlikdə Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan digər respublikalarda dövlət səviyyəli tədbirlərin həyata keçirilməsində iştirak edirdim. Müxtəlif sənət sahibləri, mədəniyyət xadimləri, rejissor dramaturqlarla görüşürdüm. Bu səfərlər ərzində tez-tez eşitdiyim bir cümlə indiyədək yadımdadır: "Kaş bizim ölkədə Heydər Əliyev kimi şəxsiyyət olaydı, onda bizim teatrımız da sizin teatr kimi çiçəklənərdi".
Heydər Əliyev həm ən tələbkar həssas tamaşaçı idi. Bu böyük şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə teatrda səhnələşdirilmiş elə bir əsərin premyerasını xatırlaya bilmərik ki, orada Heydər Əliyev iştirak etməsin. Salonda əyləşərkən səhnədə baş verənləri əsl pərəstişkar, teatr aşiqi kimi seyr edərdi. Tamaşadan sonra pərdə arxasına keçərək teatr bilicisi kimi məsləhət tövsiyələrini verərdi. Ya dərhal, ya da bir neçə gündən sonra dövlət başçısı kimi sənət adamlarının əməyini yüksək dəyərləndirərdi. Bu teatrın aktyor, rejissor rəssamları arasında onlarla insanı nümunə gətirə bilərəm ki, məhz Heydər Əliyevin sərəncamı ilə müxtəlif fəxri adlara, mükafatlara layiq görülüb. Yaradıcı kollektivimizin mənzil şəraitinin yaxşılaşdırılması naminə Heydər Əliyevin göstərdiyi diqqəti ömrü boyu yaddan çıxarmarıq.
Mən bir hadisəni heç unuda bilmirəm. Böyük bəstəkarımız Qara Qarayev Moskvada vəfat etmişdi. Bakıdan böyük bir dəstə oraya yollanmışdıq. Müəyyən qanqaraldıcı söhbətlər var idi. Dünya şöhrətli bəstəkar haqqında "Pravda" qəzetində nekroloq çıxmamışdı. Nəhayət, Brejnevin imzası ilə bu nekroloq qəzetdə işıq üzü gördü. O zaman SSRİ Bəstəkarlar İttifaqının sədri N.Xrennikov mənə pıçıltı ilə dedi: "Bu işin səbəbkarı Heydər Əliyev oldu. O, güclü şəxsiyyətdir". Qara Qarayevin cənazəsinin xüsusi təyyarədə Bakıya gətirilməsi Heydər Əliyevin sayəsində mümkün oldu. Bu hadisə bizə həm qürur gətirirdi. Dünya şöhrətli mədəniyyət xadimləri gül-çiçək dəstələri çələnglərlə Azərbaycan bəstəkarını böyük ehtiramla vətəninə yola salırdılar. Mən ümummilli lider Heydər Əliyev haqqında fikirləşəndə həmişə deyirəm, yaradıcı surətdə düşünən insanın həyatının mənası ondadır ki, o, hər yerdə hamıya lazım olmaq üçün qətiyyən dəyişməyən, təkrarolunmaz yol keçmiş olsun. Heydər Əliyev hər yerdə Azərbaycandan pərvazlanan insanların pənahı idi.
Qürur sevinc hissləri keçiririk ki, ulu öndərin keşməkeşli illərdən üzü bəri çətinliklə saldığı, lakin inamla inkişaf etdirdiyi o böyük yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Yenə həmin missiyaların müntəzəm olaraq mükəmməl şəkildə yerinə yetirildiyinin şahidiyik. Mədəniyyət xadimlərinin qayğıları öyrənilir, müxtəlif dövlət mükafatlarına, adlara layiq görülür, yaradıcı fəaliyyətləri üçün hər cür şərait yaradılır. Bu yaxınlarda teatr haqqında qəbul olunmuş qanun da bir daha təsdiqləyir ki, mədəniyyət sahəsi daim dövlətin diqqətindədir. Teatr ocaqlarının təmirə dayanması, onların dünya standartları səviyyəsində fəaliyyət göstərməsi üçün yeni texniki avadanlıqlarla təmini, bu məqsədlə müəyyən proqramların hazırlanması, sərəncamların imzalanması sübut edir ki, Heydər Əliyevin böyük məhəbbətlə kapitanlıq etdiyi mədəniyyət gəmisinin sükanı etibarlı əllərdədir!

 

Azərbaycan.- 2008.- 4 may.- S. 6.