Əhmədov Q.

 

 Dəvəçidə Heydər Əliyevin heykəlinin açılış mərasimi olmuşdur

 

Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində Dəvəçi rayonunda silsilə tədbirlər həyata keçirilmişdir. Orta ümumtəhsil məktəblərində şagirdlər arasında ulu öndərə həsr olunmuş inşa yazı müsabiqələri, idman yarışları keçirilmiş, divar qəzetləri hazırlanmış, məktəblilərin bədii yaradıcılıq, rəssamlıq əl işləri sərgisi təşkil edilmişdir. Müəssisə təşkilatlarda ulu öndərin zəngin məzmunlu həyat yolunu əks etdirən xatirə guşələri, fotostendlər təşkil edilmiş, konfranslar "Dəyirmi masa"lar keçirilmişdir.
Mayın 10-da isə Dəvəçi şəhərinin mərkəzində ulu öndərin abidəsinin açılışı olmuşdur. Bu məqsədlə keçirilən təntənəli mərasimdə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov dəvəçililəri bu əziz gün münasibətilə təbrik etmiş, Dəvəçi rayonunun sosial-iqtisadi inkişafında ulu öndərin misilsiz xidmətlərindən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycan xalqının yaddaşına Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı kimi həkk olunmuşdur. Müasir Azərbaycan tarixinin yaradıcısı, müstəqil dövlətimizin banisi Heydər Əliyevin əziz xatirəsini dəvəçililər həmişə ehtiramla yad edəcəklər. Ulu öndərin bu möhtəşəm abidəsi dəvəçililərin böyük rəhbərə sevgi istəyinin əyaniləşmiş ifadəsidir. Sonra gurultulu alqışlar altında ulu öndərin heykəlinin üzərindən örtük götürüldü. Rayon sakinləri heykəlin qarşısına əklil gül dəstələri qoydular.
Gənc heydərçilərin çıxışı tədbir iştirakçılarını xüsusilə heyran etdi. Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı Oruc Qəribov ulu öndərə xalq məhəbbətindən danışdı bunun təsadüfi olmadığını qeyd etdi. Natiq təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının lideri olan Heydər Əliyevin dünyanı heyran qoyan böyüklüyü haqqında konkret misallar gətirdi.
Mərasim geniş konsert proqramı ilə yekunlaşdı.

Azərbaycan
.- 2008.- 13 may.- S. 7.