Əliyeva M.

 

Şəhərimizin nəğməli qonaqları

 

Bu günlərdə GP şirkətinin rəhbərliyi altında Türkiyədə, Kanadada, Avstraliyada, Yeni Zelandiyada, Böyük Britaniya ölkələrində keçirilmiş müxtəlif festivalların qalibi olmuş "Story box" qrupu respublikamızın qonağıdır.

Azərbaycan Demokratik Respublikasının 90 illiyi, ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə "İlhamla irəli" devizi altında Bakı və Azərbaycanın bir çox bölgələrində sənətçilərdən ibarət silsilə konsertlər təşkil edən bu qrupda Prezidentimizin xarici və daxili siyasətini bəyənən, Azərbaycanın dostları olan xarici sənətçilər çıxış edirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövlətinin əldə etdiyi böyük uğurlardan, o cümlədən ölkəmizdə mədəniyyət, teatr sənətinə göstərilən misilsiz qayğıdan ruhlanan qrup öz işinə 2 saylı uşaq evindən start verrnəyi qərara aldı. May ayının 14-də keçirilən bu tədbirdə sehrbaz, qeyri-adi möcüzə bacarığı olan Graig Grunvood, 2002-ci ildə qızıl və gümüş medallara layiq görülmüş, ABŞ, Kanada, Yaponiya, İngiltərə və Peruda müvəffəqiyyətlə çıxış edən, 1600 metr hündürlükdəki dağ zirvəsində ən sürətlə şütüdüyünə görə dünya rekordu qazanmış motosikl üzrə dünya çempionu Dastın Kelm, rəqqas və akrobatların çıxışı uşaqlarda ruh yüksəkliyi yaratdı. Təmənnasız təşkil olunan bu konsert proqramı kimsəsiz uşaqlara daha bir hədiyyə oldu.

GP productionun bədii rəhbəri Fərman Abdullayev bildirdi ki, Prezidentimizin siyasəti sayəsində gündən-günə inkişaf edən dövlətimizin dünyaya inteqrasiyasında biz də öz rolumuzu bu cür görürük.

 

Respublika.- 2008.- 21 may.- S. 8.