Əliyev Ə.
Parisdə
ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr
olunmuş xatirə gecəsi keçirilmişdir
Mayın 18-də Senatın
binasında Azərbaycanın
Fransadakı səfirliyi
tərəfindən ümummilli
lider Heydər Əliyevin xatirəsinə
həsr edilmiş gecə təşkil olunmuşdur.
Tədbirdə
Fransada akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri, senatorlar və deputatlar,
Azərbaycan rəsmləri, ART televiziya kanalının baş
direktoru, paytaxt ictimaiyyətinin nümayəndələri,
Fransada yaşayan azərbaycanlılar iştirak
etmişlər.
Mərasimi Azərbaycanın
Fransadakı səfiri
Tarik Əliyev açaraq, ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə
keçirilən tədbirə
toplaşmış iştirakçıları
salamlamış və
ölkəmizin 30 illik
zəngin tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişdir. Səfir müdrik dövlət
başçısının idarəçilik istedadını,
tükənməyən enerjisini
və 1969-cu ildə siyasi hakimiyyətə gəldiyini, 1982-ci ildə
SSRİ-nin ən nufuzlu rəhbərlərindən
biri olduğunu xatırlatmış, Heydər
Əliyevin 1990-cı il Yanvar hadisəsinə
münasibətinin Azərbaycanda
yeni siyasi eranın başlanğıcı
olduğunu diqqətə
çatdırmışdır.
T.Əliyev
Naxçıvan Ali Məclisinin binası üzərində
dövlətimizin üçrəngli bayrağını
qaldırmış Heydər Əliyevin Azərbaycanın
müstəqilliyi yolunda mühüm addımlar
atdığını xüsusi vurğulamış,
1993-cü ildə xalqın təkidi ilə yenidən
hakimiyyətə qayıtdığını bildirmiş,
müdrikliyi, zəngin siyasi təcrübəsi və
sarsılmaz iradəsi ilə Azərbaycanı
parçalanmaqdan və vətəndaş
müharibəsindən xilas etdiyini qeyd etmişdir.
Səfir
beynəlxalq normalara əsaslanmış insan
hüquqlarını müdafiə edən dövlətin
qurulduğunu, vətəndaş cəmiyyətinin
bərqərar edildiyini, yeni iqtisadi inkişafın
bünövrəsinin qoyulduğunu bildirmiş və Heydər
Əliyevin bu sahədəki nailiyyətlərini yüksək
qiymətləndirmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi" ilə
Heydər Əliyev neft strategiyasının təməlini qoymuş və Azərbaycan xalqı bunun sayəsində öz təbii sərvətlərinin
əsl sahibinə çevrilmişdir. Azərbaycanın iqtisadi inkişaf dinamikasının hazırda
dünyada analoqu olmadığını söyləyən
səfir, ümummilli liderimizin adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəmərinin
Heydər Əliyev ideyalarının təntənəsinə
çevrildiyini və
Heydər Əliyevin adının bu gün Azərbaycanda dövlət rəmzinə çevrildiyini,
dövlətimizin regionda
və dünyada böyük nüfuza malik olduğunu vurğulamışdır.
Tarik Əliyev
Heydər Əliyevin 85 illik yubileyinin nəinki Azərbaycanda, o
cümlədən ölkəmizin hüdudlarından
kənarda da təntənə ilə qeyd edildiyini
bildirmişdir.
Senatın
Fransa-Qafqaz dostluq qrupunun üzvü xanım Katrin Prokakasia
Azərbaycan Prezidenti Heydər Əliyevi general Şarl de Qolla
müqayisə etmişdir. Bildirmişdir ki, 1958-ci ildə Ş.Qoll yüksək vəzifəyə gəlmək
barədə razılığını
vermişdir. Heydər
Əliyev də Azərbaycanın çətin
vaxtında yenidən hakimiyyətə gəlmişdir.
Heydər Əliyev əsl vətənpərvər
dövlət başçısı
olmuşdur. O, Azərbaycanı
sosial-iqtisadi təhlükədən
xilas etmişdir. Heydər Əliyev çətinliklərdən ehtiyat
etməmiş və özünün dünya miqyaslı dövlət xadimi olduğunu bir daha sübut
etmişdir. Heydər Əliyev ilk növbədə sülhün
bərqərar olmasına
çalışmış, Azərbaycanın beynəlxalq
əlaqələrini möhkəmləndirmişdir.
Milli
Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui
Dümon ümummilli öndərimizin Prezident seçildikdən
sonra ilk xarici səfərə Fransaya gəldiyini
xatırlatmış, Heydər Əliyevin Fransaya
səfərlərinin iki ölkə arasında
hərtərəfli əlaqələrin yaranmasında və
inkişaf etməsində mühüm amil olduğunu
bildirmiş, məhz onun sayəsində Azərbaycanda demokratik
dövlət qurulduğunu, Fransa ilə Azərbaycan
arasında əlaqələrin qarşılıqlı
hörmət əsasında qurulduğunu diqqətə
çəkmişdir.
Parisdəki
"Azərbaycan evi"nin sədri Səid İsmayılov
Heydər Əliyevin əvəzsiz siyasi xadim olması,
Fransa-Azərbaycan əməkdaşlığının
yaranmasında böyük rol oynaması, ən çox
Fransaya səfər etməsi, Fransa rəsmiləri,
xüsusilə, Senatın sədri Kristian Ponsöle ilə
səmimi dostluq münasibətləri qurması barədə
danışmış, Prezident İlham Əliyevin ümummilli
liderimizin siyasi xəttini uğurla davam etdirdiyini
söyləmişdir.
Fransanın
Azərbaycandakı keçmiş səfiri Jan Perrən
Heydər Əliyevlə bağlı xatirələrindən
söhbət açmışdır.
Azərbaycanın
gənc musiqiçiləri Nərgiz Əliyarova, Lalə
Mürşüdlü və Cavad Tağızadənin
ifasında Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Arif Məlikovun,
Firəngiz Əlizadənin, Fikrət Əmirovun, Aqşin
Əlizadənin və Vaqif Mustafazadənin əsərləri
ilə yanaşı, F.Şopenin əsərləri
səslənmişdir. Musiqiçilərimizin çıxışı
alqışlarla qarşılanmışdır.
Gecənin sonunda səfirlik tərəfindən
ziyafət verilmişdir.
Azərbaycan.- 2008.- 20
may.- S. 6.