Əliyev Ə.
Strasburqda ümummilli
liderə həsr olunmuş guşə böyük maraq doğurmuşdur
Azərbaycanın Avropa
Şurası (AŞ) yanındakı
daimi nümayəndəliyinin
rəhbəri səfir
Arif Məmmədov AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir
ki, mayın 7-də nümayəndəlik tərəfindən
Strasburqda Avropa Parlamentləri Assosiasiyasının
binasında xalqımızın
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü
ilə AŞ-nin Nazirlər Komitəsinin
118-ci sessiyasında iştirak
etmək üçün
Strasburqa gəlmiş
Azərbaycan Respublikasının
xarici işlər naziri Elmar Məmmədyarov
açmışdır.
"Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin
qurulmasında Heydər
Əliyevin rolu" mövzusunda məruzə edən nazir ulu öndərin ölkəmizin Avropa təsisatlarına, xüsusilə
də Avropa Şurasına inteqrasiyası
istiqamətindəki səylərindən
danışmış, ölkəmizin
beynəlxalq nüfuzunun
gücləndirilməsi sahəsində
ümummilli liderin
apardığı uğurlu
xarici siyasət nəticəsində əldə
olunmuş nailiyyətləri
diqqətə çatdırmışdır.
Tədbir boyu Heydər Əliyevin həyat və fəaliyyətinə dair videomateriallar nümayiş
etdirilmişdir. Salonda
açılmış və
ümummilli liderə həsr olunmuş guşə böyük maraq doğurmuşdur.
Tədbirdə AŞ üzvü
olan ölkələrin
daimi nümayəndəlikləri,
Avropa Şurasının
rəhbərliyi, Azərbaycan
diasporunun nümayəndələri
və Strasburqda təhsil alan tələbələrimiz iştirak
etmişlər.
Azərbaycan.- 2008.- 9 may.- S. 11.