Əliyev Ə.

 

Azərbaycana qarşı növbəti fitnəkarlığın qarşısı alınmalıdır

 

Avropa Şurasının Parisdəki ofisində qurumun Mədəniyyət, Elm Təhsil Komitəsinin iclası keçirilmişdir. Komitənin iyun sessiyası ərəfəsindəki bu son toplantısında Azərbaycanı Milli Məclisin deputatı Rafael Hüseynov təmsil etmişdir.
İclasda mədəniyyət təhsilin Avropa inkişaf perspektivləri ilə əlaqədar bir sıra məruzələr müzakirə olunmuşdur.
Böyük Britanyadan olan deputat Edvard O,Harranın məruzəsi isə bilavasitə Azərbaycanla bağlı bir məsələ ətrafında qurulmuşdur. "Cənubi Qafqazda mədəniyyətin vəziyyəti" üzrə əsas məruzəçi E.O,Harra komitə üzvlərinə söyləmişdir ki, guya Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Azərbaycan Ermənistan nümayəndə heyətlərinin təmsilçiləri ilə müzakirədən sonra belə razılıq əldə edilmişdir ki, onun regiona planlaşdırılan səfəri Cənubi Qafqazın üç ölkəsinə eyni vaxtda deyil, tək-tək həyata keçirilsin səfər ilk növbədə Azərbaycandan başlansın, Bakıda Naxçıvanda ermənilərin iddia etdikləri abidələrin tədqiqi ilə reallaşsın. Britaniyalı deputat əlavə etmişdir ki, bununla bağlı Avropa Şurası katibliyi tərəfindən Bakıya rəsmi məktub da göndərilmişdir həmin səfəri iyun sessiyasından bir həftə sonra, iyul ayının əvvəllərində gerçəkləşdırməyi planlaşdırır. Ona görə komitədən bu barədə qərar qəbul etməyi xahiş etmişdir.
Məruzəçinin məlumatından sonra bir saata qədər davam etmiş gərgin mübahisələr başlamışdır. Deputat Rafael Hüseynov bu təklifi qəti etirazla qarşılayaraq demişdir: Azərbaycan işğala məruz qalmış ölkədir onun Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmuş 20 faiz ərazisinə dəyən ən ağır zərbələrin əsas hədəflərindən biri mədəni irsdir. AŞ PA-nın 1416 saylı qətnaməsi Ermənistanı birmənalı şəkildə işğalçı kimi tanıyır münaqişənin sülh yolu ilə həll olunmasını tələb edir. Bütün bunları nəzərə alaraq biz dəfələrlə Azərbaycanın işğala məruz qalmış Dağlıq Qarabağ bölgəsində onun ətrafındakı 7 rayonda, eləcə tarixən yüz minlərlə azərbaycanlının yaşamış olduğu Ermənistan ərazisindəki mədəni sərvətlərin taleyi ilə əlaqədar məsələlər qaldırmışıq. "Cənubi Qafqazda mədəniyyətin vəziyyəti" üzrə məruzəçi Edvard O,Harranın bölgəyə səfərinin təşkil edilməsi təşəbbüsünü ilkin irəli sürən məhz Azərbaycan nümayəndə heyəti olmuşdur. Lakin hər dəfə Ermənistan tərəfinin yaratdığı müxtəlif süni maneələr üzündən bu səfər baş tutmamışdır.
Bu gün E.O,Harra belə bəyanat verir ki, guya AŞ PA-nın yaz sessiyasında Azərbaycan Ermənistan nümayəndə heyətlərinin təmsilçiləri ilə söhbət apararaq, razılıq əldə etmişdir ki, səfər əvvəllər nəzərdə tutulduğu kimi üç Cənubi Qafqaz ölkəsində eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda həyata keçirilsin bu razılığa da gəlinmişdir ki, ilkin olaraq səfər Bakı Naxçıvana təşkil edilsin. Mən tam məsuliyyətlə bildirirəm ki, belə bir söhbət olmamışdır belə bir razılıq əldə edilməmişdir. Ona görə britaniyalı deputatın belə bir bəyanat verməsi son dərəcə təəccüb doğurur. Həqiqətən yaz sessiyasında mədəniyyət, elm təhsil komitəsinin üzvləri olan Ermənistan Azərbaycan deputatları ilə cənab O,Harranın, eləcə komitə katibliyi təmsilçisinin birgə görüşü olmuş söhbət əsnasında 2008-ci ilin noyabr ayının 20-21- Bakıda Avropa ölkələri mədəniyyət nazirlərinin toplantısının keçirilməsi, toplantının işində Parlament Assambleyası nümayəndələrinin iştirakı regiona səfərin gələcək mümkün vaxtı məhz həmin görüşlər zamanı müzakirə edilərək konkretləşdirilməsi qərara alınmışdır.
Digər tərəfdən böyük britaniyalı deputatın 2009-cu ilin aprel ayına qədər guya bir çox təhlükələrin mövcud olduğundan Dağlıq Qarabağa səfərin baş tutmaması ilə əlaqədar, birinci olaraq Azərbaycana səfər edilməsi barədə fikri heç bir məntiqə sığmır. Hansı məntiqlə bu fikir irəli sürülür ki, 2009-cu ilin aprel ayına qədər bölgəyə səfər etmək mümkün deyil bu zəmanəti kim verə bilər ki, 2009-cu ilin tutalım may ayında Dağlıq Qarabağa səfər etmək daha münasib olacaqdır. Məsələyə bu cür yanaşmaq son dərəcə ciddi bir problemi ciddi qəbul etməmək kimi qavranıla bilər. Bu çox ağır problemə ədalətsiz qeyri-obyektiv yanaşmanın, müəyyən mənada, qərəzli münasibət bəsləmənin nəticəsi kimi qəbul edilə bilər. Hətta bu səfəri üç yerə bölərək Gürcüstana, Ermənistana Azərbaycana müxtəlif vaxtlarda səfər etmək zərurəti ortaya çıxarsa belə, ilkin olaraq bu səfər ən əvvəl Ermənistandan başlanmalıdır. Çünki Ermənistanda azərbaycanlıların tarixən birgə yaşadıqları ərazilərdə mövcud olmuş yüzlərlə qəbiristanlıqlar azərbaycanlıların bu yerdə tarixi izlərini silmək məqsədi ilə məhv edilmiş, XIX əsrin sonlarında XX yüzilliyin əvvəllərində məscidlər şəhəri adlanan İrəvandakı Azərbaycan məscidlərinin biri belə saxlanılmamış, onlarla tarixi abidə, Azərbaycan memarlığının qiymətli inciləri yerlə-yeksan edilmişdir.
Digər tərəfdən Azərbaycan işğala məruz qaldığından növbəti mərhələdə bu səfər Dağlıq Qarabağda işğal altındakı digər rayonlarda həyata keçirilməlidir. Bunu da qeyd etməyi çox vacib sayırıq ki, Ermənistanın məhz Naxçıvana səfər edilməsi məsələsini daim ortaya atması, guya Naxçıvanda ermənilərə məxsus hansısa orta əsrlərə aid tarixi qəbirlərin olması barədə iddiaları da tam əsassızdır. Orta əsrlərdə Naxçıvanda ermənilərə aid heç bir abidə yaxud qəbir olmamışdır. İslamın gəlişinə qədər Azərbaycanda xristianlıq mövcud olduğundan həm Naxçıvanda, həm Azərbaycanın digər ərazilərində albanlara məxsus xristian abidələri mövcud olmuşdur. Ermənilər Azərbaycanın mədəni irsinin bir çox nümunələrinə göz dikdikləri kimi, hətta qəbirlərdən, müəyyən tarixi abidələrdən öz siyasi məqsədləri üçün istifadə etməyi lazım bilirlər. Ermənilərin Naxçıvana məhz bu cür yanaşmalarının digər səbəbi ondan ibarətdir ki, onların ölkəmizə qarşı yönələn işğalçılıq iddialarının növbəti hədəfi məhz bu bölgədir. Ona görə gələcək məkrli niyyətlərini həyata keçirmək üçün "mədəni irs" pərdəsi altında onlar zəmin hazırlamaq məqsədi güdürlər. Məhz bu səbəbdən, AŞ-dan bu yolda müəyyən fitnəkar vasitələrlə dəstək almaq cəhdləri qəbuledilməzdir.
İclasda Edvard O,Harra həmişə ədalətli obyektiv mövqe tutduğunu onun indiyə qədər AŞ-da apardığı işlər çərçivəsində nüfuzuna
kölgə salan heç bir cəhətin olmadığını bildirsə , yenidən söz almış R.Hüseynov onun dediyi xüsusiyyətlərə görə tanındığını bildirmiş, bütövlükdə onun fəaliyyətinə kölgə salmaq niyyətində olmadığını qeyd etmişdir. O, hazırda ortaya qoyulan iddianın həqiqətən ədalətsiz, qeyri-obyektiv olduğundan münasibətini yalnız konkret iddiaya görə irəli sürdüyünü bəyan etmişdir.
Ermənistan nümayəndə heyətinin üzvü Raffi Hovanesyan komitədən məruzəçini dəstəkləməyə çağırsa da, ilk səfərin Azərbaycana təşkil edilməsini istəsə , R.Hüseynov bildirmişdir ki, bu səfərin əvvəlcədən qəbul edilmiş formatı mövcuddur. Həmin formata görə Cənubi Qafqazın hər üç ölkəsinə səfər eyni vaxtda ardıcıl olaraq həyata keçirilməlidir bu, problemin kompleks şəkildə öyrənilməsinə yardım edəcəkdir. Vaxtilə qəbul edilmiş formatı dəyişməyə heç kəsin ixtiyarı yoxdur. Əgər bu format dəyişdirilsə, onda münaqişədən ən çox zərər çəkmiş Azərbaycana üstünlük verilməli Azərbaycanın tələbi birinci ödənilməlidir. Başqa sözlə, Ermənistan, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ona bitişik 7 rayon səfər edilən ilk obyektlər olmalıdır. Yalnız bundan sonra təhqiqat xarakterli səfərlər digər yerlərə edilə bilər.
Müzakirələrin bu cür gedişi Milli Məclisin deputatının qəti mövqe tutması əvvəlcədən düşünülmüş məkirli planı pozmuşdur. Məsələ ilə bağlı heç bir səsvermə keçirilməmiş qərara alınmışdır ki, məruzəçinin regiona səfəri məsələsinin müzakirəsi gələcəkdə davam etdirilsin.

Azərbaycan.- 2008.- 24 may.- S. 6.