Fəxriyyə
Bakı Turizm və
İnformasiya Mərkəzində Heydər Əliyevlə
bağlı tədbir keçirildi
Aprelin 28-dən mayın
2-dək Mədəniyyət və Turizm Nazirliyi və
Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı
arasında imzalanmış sazişə əsasən Bakı
şəhərində və Azərbaycanın müxtəlif
turizm potensiallı regionlarında yaradılmış
turizm-informasiya mərkəzləri
əməkdaşlarının iştirakı ilə keçirilən
treninq-kurslar sona çatdıqdan sonra Bakı Turizm və
İnformasiya Mərkəzinin təşəbbüsü
ilə mərhum prezidentimiz Heydər Əliyevin 85 illik yubileyi
ilə əlaqədar tədbirlər silsiləsinin tərkibi
olaraq ümumi yığıncaq keçirilib. Tədbirdə
bütün informasiya mərkəzlərinin
əməkdaşları iştirak edib.
Bakı Turizm və
İnformasiya Mərkəzinin direktoru Əlibəndə
Məmmədov, Bakı BMT-İpək inkişaf Proqramı
Turizm İnkişaf Layihəsinin milli koordinatoru Faiq
Qürbətov çıxış edərək mərhum
prezidentin həyat və fəaliyyətindən
danışıblar. Həmçinin tədbir
iştirakçıları Azərbaycanda turizm sahəsi
ilə bağlı H.Əliyevin tövsiyələrinin həm
Bakıda, həm də regionlarda həyata keçirilməsi
ilə bağlı müzakirələr aparıblar.
Sonda
iştirakçılar Bakı-paytaxt ekskursiyası adlı
səyahət proqramının davamı olaraq mərhum
prezidentin dövründə tikilən mədəniyyət
evlərinə, yaşayış binalarına və digər
obyektlərə baxış keçiriblər.
Mədəniyyət.- 2008.- 9 may.- S. 8.