Fərahim
"Xüsusi
təyinat" təqdim edildi
Heydər
Əliyevə həsr edilən film mərhum prezidentimizin BAM
fəaliyyətindən bdhs edir
Teatr Xadimləri
İttifaqında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi
ilə əlaqədar tanınmış rejissor Vaqif Mustafayevin
dahi şəxsiyyətin həyat və
fəaliyyətindən bəhs edən sayca onuncu "Xüsusi
təyinat" filminin təqdimat mərasimi oldu.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev ulu öndərimiz Heydər Əliyevin
85 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər
keçirildiyini və təqdimatın da bu qəbildən
olduğunu qeyd etdi: "Bu tədbir başqalarından öz
xüsusiyyətinə görə fərqlənir.
Hamımıza yaxşı məlumdur ki, görkəmli
Azərbaycan rejissoru Vaqif Mustafayev ulu öndərimiz Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən
bu filmə qədər 9 film çəkmişdir və bu
gün özünün 10-cu filmini təqdim edir. Bu film sanki
həmin filmləri tamamlayır. Ulu öndərimizin Moskvada
işlədiyi dövrlərdəki fəaliyyətini əks
etdirən filmi həyəcansız izləmək mümkün
deyil. Bilirik ki, Heydər Əliyevin Moskvada
çalışdığı illər onun
həyatının ən gərgin vaxtları olmuş və
təzyiqlərə məruz qalmışdır. Lakin mətin
iradəli ulu öndərimiz bu təlatümlərdən qalib
çıxmışdır. Filmdə bu hadisələr
çox ustalıqla lentə alınmışdır. Burada
bizim indiyə qədər görmədiyimiz və
bilmədiyimiz çox şeylər var. Ona görə də filmin
yaradıcıları təşəkkürə layiqdir".
Vaqif Mustafayev filmin çəkilişlərinə ulu öndərin sağlığında başladıqlarını, lakin müəyyən səbəblərə görə bu işi tamamlaya bilmədiklərini qeyd etdi: "Heydər Əliyev həmişə mənə deyirdi ki, BAM çəkilən zaman mənimlə bir rejissor qatarla gedirdi və bir kino çəkmişdi. Bu söhbət mənim yadımda idi. Düz 3 il o filmin axtarışı ilə məşğul oldum. Lakin ekran işinin bütün nüsxələri yandırılmış, yeganə 1 nüsxəsi rejissorda qalmışdı. Mən böyük çətinliklə onu tapıb gətirdim. Bu film də məhz həmin 19 dəqiqəlik xronika əsasında ərsəyə gəlib. Həmin kadrlar ulu öndərimizin BAM fəaliyyətindən bəhs edir".
Çıxışının sonunda çəkdiyi filmlərin dünyanın bir çox diilərinə tərcümə olunduğunu və maym 10-da bir neçə ölkədə nümayiş etdiriləcəyini deyən rejissor buna görə özünü xoşbəxt hiss etdiyini dedi.
Çıxışlardan sonra film iştirakçılara nümayiş etdirildi.
Mədəniyyət.- 2008.- 9 may.- S. 3.