Günay
Milli Kitabxanada kitab
sərgisi keçirilib
Dünən M.F.Axundov
adına Milli Kitabxanada Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 85
illiyinə həsr olunmuş "Heydər Əliyev
müstəqil Azərbaycanın memarıdır" adlı
kitab sərgisi nümayiş etdirildi.
Eyni zamanda Viktor Andriyanov
və həmyerlimiz yazıçı Milli Məclisin deputatı
Hüseynbala Mirələmovun "Görkəmli
şəxslərin həyatı" seriyasından "Moldova
qvardiya" nəşriyyatında çap olunmuş
"Heydər Əliyev" kitabının Azərbaycan
dilində nəşri və onun Milli Kitabxana
tərəfindən hazırlanmış elektron versiyası
təqdim edildi.
Tədbiri giriş
sözü ilə açan Milli Kitabxananın direktoru
Kərim Tahirov bildirdi ki, Heydər Əliyev M.F.Axundov adına
kitabxananı çox sevirdi, o bura dəfələrlə
gəlmişdir. İlk dəfə onun kitabxanaya gəlişi
kitabxanaya bir yenilik, bir dirçəliş, bir uğur
gətirmişdi. Hətta ulu öndər kitabxananın fondunun
zənginləşməsi üçün həmişə
yeni bir qərar imzalayırdı və göstərişlər
verirdi. Hətta ulu öndərin özünün şəxsi
kitabxanasında bizə hədiyyə etdiyi qiymətli kitablar
bu sərgidə yer alıb."
Sərgidə H.Əliyevin
öz şəxsi kitabxanasından hədiyyə etdiyi və
şəxsi imzası olan kitablar ayrıca bir stenddə
nümayiş olunurdu. Sərgi ilə tanışlıqdan sonra
Viktor Andiryanov və Hüseynbala Mirələmovun
"Görkəmli şəxslərin həyatı "
seriyasından "Heydər Əliyev" kitabı və onu
elektron versiyası iştirakçılara təqdim edildi.
Sərgidə
çıxış edən Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev onu da nəzərə
çatdırdı ki, H.Əliyevin 85 illiyi ilə
bağlı olaraq bu yaxınlarda "Heydər Əliyev və
Azərbaycan mədəniyyəti" üçcildliyi,
biblioqrafik toplu və onların elektron variantı
ictimaiyyətə təqdim ediləcək.
Paritet.- 2008.- 6-7 may.- S. 11.