Hacıqabulda Heydər Əliyev abidə kompleksinin açılışı olmuşdur

 

Hacıqabulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ulu öndərin abidə kompleksinin açılışı olmuşdur.
Əvvəlcə ulu öndərin heykəli üzərindəki örtük götürüldü. Rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin qonaqların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov ulu öndər Heydər Əliyevin xalqımızın qarşısında müstəsna xidmətlərini xatırladaraq, müstəqil Azərbaycanın ümummilli liderin şah əsəri olduğunu nəzərə çarpdırmış, müdrik rəhbərin titanik fəaliyyətinin ayrı-ayrı məqamlarını yada salmış, dünyanın ən böyük azərbaycanlısının miras qoyduğu əbədiyaşar milli bəşəri ideyaların bizi daha işıqlı sabaha apardığını xüsusi vurğulamışdır.
Natiq xüsusi qeyd etmişdir ki, ulu öndərin başladığı nəhəng quruculuq inkişaf kursunun onun layiqli siyasi varisi olan Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıl yaradıcılıqla həyata keçirilməsi Azərbaycan xalqının xoşbəxt gələcəyinə təminatdır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Hafiz Bəşirov ümummilli liderin canından artıq sevdiyi xalqı üçün gördüyü misilsiz işlərdən söz açmışdır.
Şair-dramaturq Miryusif Mirnəsiroğlu ulu öndərə həsr etdiyi şeirləri oxumuşdur.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Rafael Hüseynov demişdir ki, qüdrətli idrak böyük düha sahibi olan ulu öndərin həyatı mənəviyyatı canlı bir məktəbdir. Bugünü sabahı öyrədən bu məktəbdən nəsillər zaman-zaman bəhrələnəcəklər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçisi Tahir Budaqov dahi rəhbərin xalqımız qarşısında müstəsna xidmətlərini xatırlatmış, onun müəyyənləşdirdiyi siyasi kursun bu gün ölkə başçısı İlham Əliyev tərəfindən dönmədən həyata keçirildiyini, dövlətimizin daha böyük uğurlara imza atacağını bildirmişdir.
Sonra Heydər Əliyev muzeyinin açılışını bildirən qırmızı lent kəsilmişdir. Mərasim iştirakçıları muzeylə tanış olmuşlar. Bölmələrdə nəfis tərtibatla yerləşdirilən dahi rəhbərin həyat fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən eksponatlar insanların bayram əhval-ruhiyyəsinə yeni ahəng qatmışdır.
Bayram tədbiri incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə başa çatmışdır.

Azərbaycan.- 2008.- 14 may.- S. 5.