Hacızadə A.
Moskvada
“Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır”
adlı fotoalbom nəşr edilmişdir
Görkəmli
dövlət xadimi və siyasi xadim, Azərbaycanın
ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik
yubileyi münasibətilə İTAR-TASS agentliyi və
Heydər Əliyev Fondu "Heydər Əliyev: Qəlbimin bir
hissəsi Rusiyadadır..." adlı fotoalbom buraxmışdır.
Əlamətdar haldır ki,
RF Dövlət Dumasının
sədri Boris Qrızlov bu fotoalbomun ilk nüsxəsini mayın
13-də Bakıya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
təqdim etmişdir.
Fotoalboma Heydər Əliyevin bioqrafiyasının
müxtəlif dövrlərinə
- təhsil illərinə,
sovet dövründə
Azərbaycanın rəhbəri
vəzifəsində, Sov.İKP
MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini kimi Moskvada işlədiyi
illərə aid 400-dən çox nadir fotoşəkil daxildir.
Fotoalboma ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko yazmışlar.
Mehriban xanım yazır: "İndi Heydər Əliyev bizim yanımızda deyil, lakin bu,
yalnız fiziki yoxluqdur. Onun yeni həyat bəxş etdiyi Azərbaycan yaşayır
və tərəqqi edir, onun davamçıları,
o cümlədən Heydər Əliyev Fondu tərəfindən böyük inam və məhəbbətlə
həyata keçirilən
ölməz ideyaları
yaşayır. Fondun yaradıldığı vaxtdan
bəri ictimai həyatın öncül
sahələrində həyata
keçirdiyi çoxsaylı
layihələr buna sübutdur. İTAR-TASS informasiya
agentliyi ilə Heydər Əliyevi çoxdan yaranmış səmimi münasibətlər
bağlayırdı. Buna
görə də
İTAR-TASS-ın belə
bir fotoalbom buraxmaq təşəbbüsünü
biz minnətdarlıqla
qarşıladıq. Biz
Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı nadir kadrlarla tanış olmaq imkanı təqdim edirik".
V.İqnatenko vurğulayır
ki, zəmanəmizin görkəmli siyasi xadimi və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında
Azərbaycanın yaşadığı
dövr tarixə həmişəlik Heydər
Əliyev epoxası kimi daxil olmuşdur.
O daha sonra yazır: "Heydər Əliyevin bütün həyatı Rusiya ilə bağlıdır.
Bu, bizim üçün, rusiyalılar
üçün çox
əhəmiyyətlidir. Heydər
Əliyev Rusiyanı sevirdi, Rusiya da ona qarşılıqlı
sevgi ilə cavab verirdi. Buna görə onu həm də
öz Həmvətənimiz
saymağa ixtiyarımız
vardır".
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun və
İTAR-TASS-ın baş
direktorunun birinci müavini Mixail Qusmanın redaktorluğu ilə buraxılmış
fotoalbomun ikinci cildi "Heydər Əliyev: Mənim bütün həyatım
Azərbaycandadır" adı
ilə nəşr ediləcəkdir.
Albomun ilk nüsxələri Heydər
Əliyevin 85 illiyi münasibətilə İTAR-TASS-ın Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə Moskvada təşkil etdiyi təntənəli gecənin iştirakçılarına
və qonaqlara paylanacaqdır.
Azərbaycan.- 2008.- 14
may.- S. 5.