Neçə
vaxtdan bəridir ki, hər şənbə-bazar günləri
Ağcabədidə iməciliklər keçirilir. Rayon sakinləri, idarə və müəssisələrin kollektivləri,
məktəblilər küçələrdə,
park və xiyabanlarda, meydanlarda təmizlik işləri görür, səliqə-səhman, abadlıq yaradırlar. Ana təbiət isə öz növbəsində
bu istəyə qeyri-adi naxışlar vurur, al-əlvan
çiçəkləri, zümrüd libası ilə ətrafa bahar görkəmi verir.
Xalqımızın ümummilli
lideri Heydər Əliyevin doğum günü təbiətin
ən gözəl çağına, bahara təsadüf edir. İndi ölkəmizdə
bu bahar günlərində xalq öz sevimli oğlunun yubileyini bayram sevinci ilə qeyd edir.
Qarabağın dilbər
guşələrindən olan
Ağcabədidə də
bayram ovqatı yaşanır. Hər gün rayonda yubileyə həsr olunmuş müxtəlif maraqlı tədbilər həyata keçirilir. Mayın 5-də Ağcabədi Pedaqoji Texnikumunda xoş müjdəli bir mərasim oldu. Texnikumun foyesində xalqımızın ümummilli
lideri Heydər Əliyevin büstü qoyuldu. Bu tədbirə
Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərləri, Mlli Məclisin deputatları, görkəmli elm xadimləri dəvət olunmuşdular.
Texnikumun
direktoru Vaqif Hüseynov yığıncağı
giriş sözü ilə açaraq müəllim və tələbə heyətinin
yubileylə bağlı
gördükləri işlərdən
danışdı. Rayon
icra hakimiyyətinin başçısı Şahin
Məmmədov çıxış
edərək Azərbaycan
dövlətinin və
xalqının həyatında
ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz
açdı. Bütün
mənalı həyatını
öz doğma xalqına həsr etmiş bu dahi
insanın Azərbaycanın
özü qədər
əbədi olacağını,
nəsillərdən-nəsillərə
hörmət və ehtiramla xatırlanacağını
əminliklə vurğuladı.
Bu müdrik siyasətçinin və qüdrətli sərkərdənin
uzaqgörənliyi sayəsində
Azərbaycan böyük
bəlalardan qurtuldu, xaosdan, qardaş qırğınından, parçalanmaq
təhlükəsindən xilas
edildi.
Sonra Ş.Məmmədov
büstün üzərindəki
örpəyi götürdü.
Büstün qoyulduğu
foye təzə-tər bahar çiçəklərinə qərq edildi.
Tədbirin davamı kimi texnikumun iclas salonunda "Azərbaycan təhsilinin inkişafında Heydər
Əliyevin rolu" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Vəli Əliyev, professor Əli Məmmədov, professor Akif Abbasov, elmlər doktoru Mübariz Əmirov, Təhsil Nazirliyinin nümayəndəsi
Gülnarə Qaralova və başqaları çıxış etmişlər.
Mərasimdə Milli Məclisin deputatları Mirkazım Kazımov, Musa Quliyev, Sevindik
Hətəmov iştirak
etmişlər.
Azərbaycan.- 2008.- 7 may.- S. 11.