Heydər Əliyev irsinin elektron sənədlər toplusu

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Prezident Kitabxanasında hazırlanmışHeydər Əliyev. Elektron Sənədlər Toplusu” internet resursu istifadəçilərə təqdim edilmişdir.
Geniş oxucu kütləsinin tədqiqatçıların ümummilli liderin zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron versiyaları hazırlanmış illər üzrə qruplaşdırılmışdır. Kitabxananın elektron kataloqunda Heydər Əliyev haqqında olan 400-dən çox kitab 1000-dən çox dövri mətbuat materialı haqqında biblioqrafik informasiya internet resursunBiblioqrafiyabölməsində yerləşdirilmişdir.
Xronologiyabölməsində ilk dəfə olaraq dahi şəxsiyyətin həyat fəaliyyətinin əsas sahələri, şərəfli bir ömrün ən vacib məqamlarının Prezident Kitabxanası tərəfindən tərtib olunmuş xronologiyası internet istifadəçilərinə təqdim edilmişdir.
Ölkəmizin xarici siyasət kursunun, müstəqil beynəlxalq münasibətlərimizin diplomatiyamızın formalaşmasında misilsiz xidməti olan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xarici ölkələrə etdiyi səfərlərin, bu səfərlər zamanı dövlət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərin tam xronologiyası tərtib edilərək resursunXarici siyasət fəaliyyətinin xronikasıbölməsində istifadəçilərə təqdim olunmuşdur.
Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi, müasir Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft strategiyasına, “Əsrin müqaviləsi”nə, neftimizin dünya bazarlarına nəqlinə, Neft Fonduna, beynəlxalq neft-qaz sərgilərinə dair rəsmi materialların tam mətnləri müvafiq sahələr üzrə qruplaşdırılaraq internet resursunNeft strategiyası. Əsrin müqaviləsibölməsində verilmişdir.
İstifadəçilər üçün çox əhəmiyyətli sənədli mənbə hesab edilən bölmələrdən biri Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğuMüstəqilliyimiz əbədidirçoxcildliyinin (22 cild) kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron versiyasıdır. Mövzu-axtarış sistemi tətbiq edilmiş bu çoxcildlik Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə misli görünməmiş fəaliyyətini əks etdirən materialların xronoloji toplusudur.
İnternet resursun təqdimatı zamanı ümummilli liderin Prezident Kitabxanasındakı büstü önünə gül-çiçək dəstələri qoyulmuş, həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillərdən ibarət slayd göstərilmiş, yubiley münasibətilə təşkil olunmuş zəngin kitab sərgisinə baxış keçirilmişdir.

 

Xalq qəzeti.- 2008.- 7 may.- S. 9.